Şirkətin SƏTƏM strategiyasına uyğun fəaliyyətin təşkili və həyata keçirilməsini təmin etmək;
Şirkət daxilində SƏTƏM mədəniyyətini formalaşdırmaq və işçiləri koordinasiyalı şəkildə proseslərə cəlb etmək;
İstehsalatda sağlam və təhlükəsiz əmək şəraitini, yerli qanunvericiliyin tələblərinə uyğun olaraq təmin etmək;
Təhlükəli və zərərli istehsalat amillərinə nəzarət mexanizmlərini qurmaq və effektiv şəkildə izləmək;
İstehsalatda istifadə olunan avadanlıqların və qurğuların təhlükəsiz istismarını təmin etmək;
Davamlı yaxşılaşdırma proseslərinə dəstək məqsədilə tədbirləri planlaşdırmaq və tətbiq etmək;
Tullantıların idarə olunması prosesini mövcud qanunvericilik və beynəlxalq standartlara uyğun tənzimləmək, hesabatlılıq mexanizmlərini qurmaq;
SƏTƏM üzrə aidiyyəti struktur bölmələrdən məlumatları toplamaq və baş ofisə mütəmadi hesabat təqdim etmək;
Dövlət qurumları ilə əlaqələr qurmaq və fəaliyyəti müvafiq qanunvericiliyə uyğun təşkil etmək;
Sənədləşdirilmiş məlumatların idarə olunması prinsiplərinə uyğun olaraq məlumat bazası yaratmaq və mövcud məlumatları təhlil edərək inkişaf üçün tövsiyələr hazırlamaq;
İllik plan əsasında daxili auditlərin keçirilməsi, xarici auditlərdə iştirak və aşkar edilən uyğunsuzluqlar üzrə düzəldici tədbirlərin planlaşdırılması;
Uyğunsuzluqlar üzrə kök səbəb analizləri aparmaq və nəticələri sənədləşdirmək;
İşçilərin bilik və bacarıqlarının yoxlanılması prosesini təşkil etmək;
Yeni işçilər üçün giriş (intro), yanğın təhlükəsizliyi və planlı SƏTƏM təlimlərini təşkil və həyata keçirmək;
İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılmasında iştirak etmək, səbəbləri təhlil etmək və qarşısının alınması üçün tədbirlər görmək.
Tələblər
Təhsil:
Müvafiq sahə üzrə bakalavr təhsili (mühəndislik, ətraf mühit, kimya, biologiya, texniki təhlükəsizlik və s.);
Magistr təhsilinin olması üstünlükdür.
Sertifikatlar:
ISO standartları üzrə məlumatlandırma və ya daxili auditor sertifikatları:
ISO 9001:2015 – Keyfiyyət İdarəetmə Sistemi,
ISO 14001:2015 – Ətraf Mühitin İdarəetmə Sistemi,
ISO 45001:2018 – Əməyin Mühafizəsi və Təhlükəsizlik İdarəetməsi Sistemi,
ISO 17025:2017 – Sınaq və Kalibrləmə Laboratoriyalarının Yeterliliyi.
Yanğın təhlükəsizliyi, ilkin tibbi yardım və digər aidiyyəti sahələr üzrə sertifikatların olması əlavə üstünlükdür.
İş təcrübəsi:
Müvafiq sahədə minimum 1 ilə qədər iş təcrübəsi tələb olunur;
Təcrübəsi az olan, lakin potensiallı namizədlər də dəyərləndirilə bilər.
Bacarıq və şəxsi keyfiyyətlər:
Müstəqil qərarvermə qabiliyyəti;
Liderlik və komandada koordinasiyalı işləmək bacarığı;
Tapşırıqları sərbəst şəkildə planlama və icraetmə bacarığı;
SƏTƏM prinsiplərinə həssas yanaşma və operativlik.