Prime Cotton
Ana səhifə
/
/
/
Səyyar yanacaq anbardarı (Ağdam)

Səyyar yanacaq anbardarı (Ağdam)

Bu gün

13

Təsvir

  • Yanacaq və sürtkü materiallarının müəyyən olunmuş qaydalara uyğun şəkildə qəbulunu, saxlanmasını və təyinat üzrə verilməsini həyata keçirmək;
  • Qəbul edilən və paylanan yanacaq həcmlərini gündəlik olaraq qeydiyyata almaq, uçot sənədlərini düzgün və vaxtında aparmaq;
  • Gündəlik, həftəlik və ya tələb olunan dövrlər üzrə yanacaq sərfiyyatı və qalığı ilə bağlı hesabatlar hazırlamaq;
  • Səyyar anbar üzrə mövcud yanacaq qalığına daimi nəzarət etmək, çatışmazlıq və ya uyğunsuzluq halları barədə rəhbərliyi operativ şəkildə məlumatlandırmaq;
  • Yanacaq paylanması zamanı texnika, xüsusi avadanlıq və nəqliyyat vasitələrinin qeydiyyatını aparmaq, verilən yanacağın təyinat üzrə istifadə olunmasına nəzarət etmək;
  • Yanacaq çənlərinin, saxlama qablarının, sayğacların və digər əlaqəli avadanlıqların səliqəli və işlək vəziyyətdə saxlanmasına diqqət yetirmək;
  • Yanacaqla işləmə zamanı təhlükəsizlik, texniki təhlükəsizlik və yanğın əleyhinə qaydalara ciddi şəkildə riayət etmək;
  • İş sahəsində təmizliyin, nizam-intizamın və təhlükəsiz iş mühitinin qorunmasını təmin etmək;
  • Tələb olunduqda inventarizasiya prosesində iştirak etmək, faktiki qalıq ilə uçot göstəricilərinin uyğunluğunu yoxlamaq.

Tələblər

Texniki bilik və bacarıqlar:


  • Orta və ya orta ixtisas təhsili;
  • Anbar, logistika, yanacaq təchizatı və ya oxşar sahədə iş təcrübəsinin olması üstünlük hesab olunur;
  • Yanacaq və sürtkü materialları ilə işləmə prinsipləri barədə ilkin anlayışa malik olmaq;
  • Texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydaları üzrə ilkin biliklərə sahib olmaq;
  • Uçot və qeydiyyat işlərini səliqəli, dəqiq və məsuliyyətli şəkildə aparmaq bacarığı;
  • Rəqəmlərlə işləmək, hesabat hazırlamaq və sənədləşməni düzgün aparmaq vərdişi;
  • Məsuliyyətli, diqqətli, intizamlı və operativ olmaq;
  • Komandada işləmək və iş prosesində verilən tapşırıqları vaxtında icra etmək bacarığı;
  • Fiziki iş rejiminə uyğun işləmək qabiliyyəti;
  • Ezamiyyət və ya səyyar iş rejimində çalışma imkanı üstünlükdür.


Şəxsi keyfiyyətlər:


  • Dəqiqlik və məsuliyyətlilik;
  • Yüksək nizam-intizam;
  • Stressə davamlılıq;
  • Etibarlılıq və dürüstlük;
  • Operativ qərarvermə bacarığı.

Vakansiya haqqında

Son tarix

May 8, 2026

Paylaşılıb

aprel 8, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Orta səviyyəli

Təhsil

Peşə təhsili

Kateqoriya

Logistika və nəqliyyat

Oxşar vakansiyalar