Aqronomiya, Mühəndislik və şirkətimiz üçün maraq kəsb edən digər sahələr üzrə ali və orta peşə təhsili müəssisələri ilə münasibətləri qurmaq və onları daim yüksək səviyyədə saxlamaq;
Karyera mərkəzləri ilə sıx işləyərək karyera imkanlarımız haqqında məlumat vermək və nəticə etibarı ilə ən istedadlı tələbə və məzunları şirkətimizə işə cəlb etmək;
Ali və orta peşə təhsili müəssisələrinin tələbə və məzunları arasında şirkətimizin təbliğatını aparmaq (şirkətimiz haqqında məlumat xarakteri daşıyan təqdimatları keçirmək);
Ali və orta peşə təhsili müəssisələri ilə birgə DUAL proqramlarının reallaşdırılmasında iştirak etmək və bu prosesə nəzarət etmək;
Ali və orta peşə təhsili müəssisələrində kənd təsərrüfatı üzrə tədris olunan proqramların təkmilləşdirilməsini təşkil etmək;
Bakı və regionlarda yerləşən ali və orta peşə təhsili müəssisələri tərəfindən təşkil olunan əmək yarmarkalarında iştirak etmək;
Ali və orta peşə təhsili müəssisələrinin tələbələrinin və müəllimlərinin şirkətimizə tanışlıq xarakteri daşıyan səfərləri təşkil etmək;
İstedadlı və perspektivli tələbələri istehsalat təcrübəsinə və şirkətimizin layihələrinə cəlb etmək;
Təhsili müəssisələri ilə əməkdaşlığa dair digər təhsil və təcrübə layihələrinin təşkilində və reallaşdırılmasında fəal iştirak etmək;
Təhsil müəssisələri ilə sıx işləyərək hər iki tərəfin intelektual və maddi-texniki bazasından səmərəli istifadə edərək qarşılıqlı maraq kəsb edən müxtəlif layihələri və tədbirləri təşkil etmək.
Tələblər
Təhsil: Ali (texniki təhsil arzuolunandır);
Dil bilikləri: Azərbaycan dili sərbəst (Rus və İngilis dilləri arzuolunandır);
Şəxsi keyfiyyətlər: kreativ, yeniliklərə açıq, nəticəyönümlü, təşkilatçılığı, ünsiyyət və təqdimat bacarıqları yüksək səviyyədə olmalıdır;
İş təcrübəsi: təlim, tədris, təhsil, karyera və istedadların/personalın inkişafı sahələrində təcrübə önəmlidir (minimum 1 il).