Prime Cotton
Ana səhifə
/
/
/
Tələbə aqronom (Beyləqan)

Tələbə aqronom (Beyləqan)

Dünən

92

Təsvir

  • Əkin öncəsi torpağın seçilməsi və hər hektara düşən məhsuldarlıq normasının müəyyənləşdirilməsi;
  • Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını artırmaq və torpağın münbitliyini yaxşılaşdırmaq məqsədilə aqro-texniki tədbirlərin planlaşdırılması və icrası;
  • Alaq otlarının təmizlənməsi, suvarma işlərinin təmin olunması və su itkisini minimuma endirmək üçün lazımi tədbirlərin görülməsi;
  • Torpağın kimyəvi analizi əsasında bitkinin inkişaf mərhələlərinə uyğun gübrələmə və yemləmə proqramlarının hazırlanması;
  • Bitkinin bioloji yetişkənlik dövrünün izlənilməsi, xəstəlik və zərərvericilərə qarşı kimyəvi və mexaniki mübarizə tədbirlərində iştirak;
  • Toxum çeşidləri haqqında məlumatlı olmaq, torpaq və hava temperaturuna uyğun toxum növlərinin və səpin müddətinin düzgün müəyyənləşdirilməsi;
  • Gübrələmə, dərmanlama və suvarma rejimləri üzrə proqramların hazırlanması və həyata keçirilməsində dəstək göstərilməsi;
  • Bitkinin vegetativ inkişafına uyğun kultivasiya və yemləmə tədbirlərinin planlaşdırılması və yerinə yetirilməsi;
  • Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərinə qarşı mübarizə tədbirləri ilə bağlı təkliflər vermək və tədbirlərin tətbiqində iştirak;
  • Torpağın əkinə vaxtında hazırlanması, məhsulun becərilməsi və yığım prosesinin təşkili;
  • Gündəlik işlərin və həyata keçirilən aqro-texniki tədbirlərin hesabatlılığının təmin edilməsi.

Tələblər


Təhsil:

  • Ali və ya orta-ixtisas təhsili (Kənd təsərrüfatı, aqronomiya və ya əlaqəli ixtisas üzrə)


Təcrübə:

  • Təcrübə tələb olunmur; bu sahədə çalışmaq istəyən tələbələr və yeni məzunlar üçün nəzərdə tutulur


Dil bilikləri:

  • Azərbaycan dili – sərbəst yazı və danışıq bacarığı


Kompüter bilikləri:

  • MS Office proqramlarında işləmə bacarığı olması (xüsusilə Excel və Word)


Texniki və sahə bilikləri:

  • Aqrotexniki tədbirlərin əsasları barədə ilkin biliklər;
  • Xəstəlik və zərərvericilərlə mübarizə üzrə nəzəri məlumatlar;
  • Torpaq növlərinə və əkin texnologiyalarına dair anlayışlar;
  • Pambıqçılıq üzrə nəzəri və praktiki biliklərin olması;
  • Ekoloji, suvarma və torpaq mühafizəsi üzrə ümumi təlimatların anlaşılması.


Təklif edirik:

  • Sahə şəraitində praktiki təcrübə qazanmaq imkanı;
  • Təcrübəli aqronomların rəhbərliyi altında peşəkar bilik və bacarıqların inkişafı;
  • Yaxşı nəticə göstərən iştirakçılar üçün uzunmüddətli əməkdaşlıq imkanı və karyera yüksəlişi;
  • Rəsmi tövsiyə məktubu və təcrübə sertifikatı.


Vakansiya haqqında

Son tarix

August 28, 2025

Paylaşılıb

iyul 29, 2025

Vakansiya növü

Tam ştat

Vəzifə dərəcəsi

Gənc mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı