Əkindən öncə seçilən torpağın hər hektarına düşən məhsuldarlıq normasının müəyyən edilməsi, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsi, torpağın münbitliyini artırmaq üçün lazımi tədbirlərin görülməsi;
Aqro-texniki tədbirlərin həyata keçirilməsi, alaq otlarının təmizlənməsi, suvarma işlərinin təmini və su itkisinin azaldılması;
Torpağın kimyəvi analizi, bitkinin inkişaf fazasına uygun yemləmə rasionlarını (gübrələmə, mineralların verilməsi vs.) müəyyən edilməsi;
Bitkinin bioloji yetişkənlik dövrünün müəyyən edilməsi, xəstəlik və zərər vericilərə qarşı kimyəvi və mexaniki mübarizə tədbirlərinin görülməsi;
Kənd təsərrüfatına yararlı sahələrdən, işçi qüvvəsindən və texnikadan səmərəli istifadə üçün müəyyən əməyin düzgün təşkil edilməsi, iş normalarının yerinə yetirilməsi;
Toxum çeşitləri haqqında məlumatlı olmaq, torpaq və hava temperaturuna uygun olaraq toxum çeşidi və səpin müddətini müəyyən edilməsi;
Kənd təsərrüfatı bitkilərinin gübrələmə, dərmanlama və suvarma rejimləri üzrə proqramların hazırlanması;
Bitkinin veqetativ inkişafına uyğun kultivasiya (bəsləmə) ve yemləmə təyini qaydalarına əməl edilməsi;
Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərinə qarşı mübarizə tədbirləri haqqında təkliflərin irəli sürülməsi, mübarizə tədbirlərinin həyata keçirilməsində iştirak edilməsi;
Tələblər
Təhsil: Ali (aqronom ixtisası üzrə)
Təcrübə: Müvafiq sahədə minimum 1 il iş təcrübəsi
Sertifikatlar: Arzu olunandır.
Dil bilikləri: Azərbaycan dili səlis, ingilis və rus dili arzu olunandır
MS Office (Word, Excel);
Müvafiq icra hakimiyyəti orqanlarının bitkiçilik sahələrinin inkişafı barədə qərar və sərəncamları;
Normativ-hüquqi aktlarını bazar iqtisadiyyatı şəraitində məhsulların istehsalı və satışı ilə əlaqədar olan marketinq qaydaları;
Təsərrüfatın təbii-iqtisadi şəraitinə uyğun ixtisaslaşma və təmərküzləşmə prinsipləri;
Təsərrüfatın nizamnaməsini, aqrotexniki tədbirlər barədə bütün təlimatlar;