Prime Cotton
Ana səhifə
/
/
/
Təmir mexaniki (Sabirabad)

Təmir mexaniki (Sabirabad)

  • Prime Cotton
  • 2 Heydər Əliyev, Sabirabad, Azərbaycan
  • Полная занятость

Bu gün

33

Təsvir

  • Sex rəisi tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;
  • Tapşırıqların icrası zamanı Çilingər və Texniki köməkçilər ilə işləmək, görülən işi izah etmək, yerinə yetirilən işlərin keyfiyyətini yoxlamaq, onların bilik və bacarıqlarını inkişaf etdirmək;
  • Traktorçu və mexanizatorlara texnika və nəqliyyat vasitələrinin fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını, düzgün texniki qulluq təmin edən təlimatları vermək;
  • Texnika və digər nəqliyyat vasitələrinə diaqnostik baxış, təmir və sınaq işlərini təşkil etmək;
  • Texnika və digər nəqliyyat vasitələrinin təmiri üçün lazım olan ehtiyat hissələrini müəyyən etmək və sifariş vemək;
  • Təmir işlərinin vaxtında və keyfiyyətlə keçirilməsini, avadanlığın modernləşdirilməsinə texniki nəzarəti təşkil etmək;
  • Köhnəlmiş avadanlıqlar və ehtiyat hissələrini müəyyən etmək və onların təmirini, bərpasını növbələşdirmək;
  • Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət edilməsini təmin etmək;
  • Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflərə rəy vermək, onların tətbiqinə kömək etmək;
  • İş planına uyğun şəkildə nasaz avadanlıqla bağlı mümkün qədər daha detallı məlumat almaq məqsədi ilə bütün müvafiq işçi heyəti ilə məsləhətləşmək;
  • Materialların və ehtiyat hissələrinin düzgün ölçüsü, növü və sayını müəyyənləşdirmək, əldə etmək və onların işin xüsusiyyətlərinə uyğunluğunu yoxlamaq; 
  • İş planına və iş yeri qaydalarına uyğun olaraq potensial təhlükələri müəyyənləşdirmək, qabaqlayıcı və ya nəzarət tədbirləri görmək;
  • İş ərazisini işin tələblərinə və iş yeri qaydalarına uyğun olaraq hazırlamaq;
  • Təlimatlara istinad edərək təmir ilə bağlı ehtiyac duyulan məlumatları əldə etmək və onların iş prosesinə tətbiq edilməsini təmin etmək;
  • Hissələrin sökülməsi və yararlılığının qiymətləndirilməsi məqsədi ilə texniki xidmət və ya təmir tələblərini müvafiq qulluq sənədlərinə uyğun şəkildə müəyyənləşirmək;
  • Təmir işlərini düzgün şəkildə sənədləşdirmək, ehtiyat hissələri ilə təmin etmək, nəqliyyat vasitələrinə və avadanlıqlara gələcəkdə ediləcək qulluq tələblərini müəyyənləşdirmək.
  • 1C-də öz anbar qalıqlarına nəzarət etmək, texnikaların online və lokal katoloqlarından istifadə etmək, onların xəta kodlarını araşdırmaq;
  • Təmirlə bağlı bütün sənədləşmələrin hazırlanması və təsdiq üçün Sex rəisinə təqdim edilməsini təmin etmək;
  • Tapşırıqların icrası zamanı təmir təlimatlarına, texniki təhlükəsizlik və yanğın üzrə təlimatlara riayət etmək.


Tələblər

  • Təhsil: Ali və ya orta ixtisas;
  • Təcrübə: Texnika və avtomobillərin təmiri sahəsində ən az 5 il iş təcrübəsi;
  • Kompüter bilikəri: MS Office proqramları və 1C üzrə biliklər;
  • Dil bilikləri: Azərbaycan dili səlis, rus və ingilis dili arzu olunan.


Səriştə və bacarıqlar:



  • Dəyərləndirmə, vaxtında doğru qərar qəbul etmə bacarığı;
  • Komanda ilə işləmək bacarığı;
  • Həllyönümlü olmaq;
  • Təşəbbüskarlıq;
  • Diqqətlilik;
  • Məsuliyyətli olmaq;
  • Dəqiqlik və səliqəlilik;
  • Kataloqlar (kitab və ya elektron) ilə işləmək bacarığı;
  • Ehtiyat hissələrini əyani tanıma bacarığı;
  • Çertyojların oxunması;
  • Elektrik və hidrovlik sxemlərin oxunması.


Vakansiya haqqında

Son tarix

April 13, 2025

Paylaşılıb

mart 14, 2025

Vakansiya növü

Полная занятость

Təcrübə

3-4 лет

Vəzifə dərəcəsi

Специалист

Təhsil

Бакалавр

Kateqoriya

Услуги