Müxtəlif tipli və konstruksiyalı tərəzilərdə yüklərin çəkilməsinin təmin edilməsi;
Yüklərin xarici görünüşünə baxış keçirilməsi və qablaşdırılma qaydalarına uyğunluğuna nəzarət;
Yükün çəkisinin, adının və digər xüsusiyyətlərinin müşayiətedici sənədlərlə uyğunluğunun yoxlanılması;
Çatışmazlıq və ya zədələnmə hallarında aktların tərtib olunması və müşayiətedici sənədlərin düzgün rəsmiləşdirilməsi;
Çəkilmiş yüklərin dəqiq uçotunun aparılması və qeydiyyatının təmin edilməsi;
İstifadə edilən tərəzilərin dəqiqliyinin yoxlanılması və onlara texniki qulluq göstərilməsi;
Yüklərin tərəziyə düzgün yerləşdirilməsinə rəhbərlik edilməsi və nəqliyyat vasitələrinin optimal yüklənməsinə nəzarət olunması.
Tələblər
Təhsil:
Ali və ya orta ixtisas təhsili (texniki yönümlü sahələrə üstünlük verilir)
İş təcrübəsi:
Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi
Dil bilikləri:
Azərbaycan dili – sərbəst
Kompüter bilikləri:
Windows əməliyyat sistemi;
Microsoft Office proqramları (xüsusilə Excel, Word).
Texniki bilik və bacarıqlar:
Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığına malik olmaq;
Çəkilən yüklərin nomenklaturası, çeşidləri və növləri barədə məlumatlı olmaq; xidmət etdiyi tərəzilərin quruluşu, daşıma həddi və düzgün işləmə prinsiplərini, eləcə də tərəzilərin tənzimlənməsi və yoxlanma üsullarını bilmək;
Çəki ölçüləri, yüklərin yerləşdirilməsi, yığılması və mühafizə qaydaları, nəqliyyat vasitələrinin növləri və yükqaldırma qabiliyyəti haqqında məlumatlı olmaq; çəkilmiş yüklərin hesablanması və müşayiətedici sənədlərin düzgün tərtibi ilə bağlı biliklərə malik olmaq;
Daxili əmək intizam qaydaları, əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə üzrə norma və qaydalara əməl etmək.