Traktor idarə etmə hüququ verən vəsiqə, Traktor idarə etmək hüququ verən etibarnamə və ya yol vərəqəsi iş zamanı üzərində saxlamalıdır;
Traktorun əyləc sisteminin, təhlükəsizlik cihazlarının və qurğularının vəziyyətini yoxlayır;
Traktorda aşkar olunmuş texniki nasazlığın aradan qaldırılmasında iştirak edir;
İşdən əvvəl traktorun bütün mexanizmlərini və təhlükəsizlik cihazlarını yoxlayır;
İş zamanı texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına əməl edir;
exnoloji rejim normalarına, texnoloji reqlament və təlimatlarına ciddi riayət etməli;
Zavodun rəhbərliyinin göstərişlərini operativ çəkildə yerinə yetirməli;
Traktorda kənar şəxslərin olmasına yol verməməli;
Traktora yükləmə işi apararkən təhlükəsizlik qaydalarına riayət etmək, traktorun mövcud yük götürmə qabiliyyətindən artıq yüklənməsinə yol verməmək;
Traktoru idarə edən zaman sürət həddinə ciddi riayət etmək;
Traktorla aqrotexniki işlər apararkən tələb olunan bütün qayda və normativlərə ciddi riayət etmək;
Traktora onun qoşqu, lafetinə adam mindirmək, lafeti adamların daşınmasında istifadə etmək qəti qadağandır;
Dərman səpən quruğularda dərman hazırlayarkən yalnız ərazi nümayəndəsinin iştirakı ilə həyata keçirmək, münasib FMV-dən (Fərdi Mühafizə Vasitələri) istifadə etmək. HSE/02/054 “Traktorçu üçün əməyin mühafizəsi təlimatı” da bildirilən təhlükəsizlik qaydalarına riayət etmək.