Prime Cotton
Ana səhifə
/
/
/
Usta (Beyləqan filialı)

Usta (Beyləqan filialı)

Dünən

34

Təsvir

  • İşdən əvvəl müvafiq təlimatlardan istifadə etmək və təmir prosesinə hazırlaşmaq;
  • Maşın,mexanizm,aqreqat və qurğuların və təmir prosesində yoxlanması zamanı qüsurların aşkar edilməsi və aradan qaldırılması;
  • Maşın,mexanizm,aqreqat və qurğulara təyin olunmuş dövriliklə texniki baxış keçirmək;
  • Kənd təsərrüfatı texnikalarının və digər aqreqatların təmirini, baxımını və təhlükəsiz şəkildə çalışmasını təmin edilməsi;
  • Gündəlik olaraq istismar olunan maşın,mexanizm,aqreqat və qurğuların yoxlanılması və lazımi təmir işlərinin icra edilməsi;
  • Təmir işlərinin ardıcıllığını planlaşdırmaq;
  • Təmir üçün lazım olan alət və avandalıqların nasazlıqlarını və ya istismar qüsurlarını yoxlamaq;
  • İş vaxtının sonunda elektrik cərəyanına birləşdirilən bütün avadanlıqları cərəyandan ayırmaq və iş yerini təmizləmək;
  • Materialların düzgün ölçüsü, növü və sayını müəyyənləşdirmək, əldə etmək və onların işin xüsusiyyətlərinə uyğunluğunu yoxlamaq; 
  • İş planına və iş yeri qaydalarına uyğun olaraq potensial təhlükələri müəyyənləşdirmək, qabaqlayıcı və ya nəzarət tədbirləri görmək;
  • İş ərazisini işin tələblərinə və iş yeri qaydalarına uyğun olaraq hazırlamaq;
  • Qüsurlu, köhnəlmiş, zədələnmiş və ya təhlükəli hissələri iş cədvəlinə uyğun şəkildə əvəzləmək, təmir etmək və ya bərkitmək;
  • Mexaniki komponentlər və ya hissələri saz vəziyyətdə saxlamaq və/və ya təmir etmək:
  • Hissələrin sökülməsi və yararlılığının qiymətləndirilməsi məqsədi ilə texniki xidmət və ya təmir tələblərini müvafiq qulluq sənədlərinə uyğun şəkildə müəyyənləşdirmək;
  • Tələb olunan spesifikasiyaya uyğun olaraq istismar qaydaları kitabçasında göstərilən qaydada komponentləri və ya hissələri saxlamaq, təmir etmək və ya dəyişmək;
  • Maşın,mexanizm,aqreqat və qurğuların düzgün işlədiyinə əmin olmaq məqsədi ilə son təmizləmə, yağlama və bərkitmə işləri aparmaq;
  • İş sahəsini ərazi və müəssisə prosedurlarına uyğun şəkildə tullantılardan təmizləmək, təhlükəsiz iş şəraitini təmin etmək;
  • Qurğular, alətlər və avadanlıqları ərazi və müəssisə prosedurlarına uyğun şəkildə saxlamaq və yerləşdirmək;
  • Bütün daxili prosedur,təlimat və qaydala riayət etmək;
  • Tələb olunan kimi digər vəzifələri yerinə yetirmək;
  • Çilingər işləri üçün lazım olan bütün alətlərdən yalnız saz vəziyyətdə istifadə olunması;
  • Sexdə alətlərin saxlanılması,qəbulu və verilməsi qaydaları üzərində ciddi nəzarətin qoyulması;
  • Təmir zamanı texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunması.


Tələblər

Təhsil : Orta,orta ixtisas

Təcrübə : 1 il

Texniki biliklər:

  • Çilingər işinə aid texniki sənədləri, normativləri və yuxarı təşkilatların sərəncamlarını bilmək.
  • İxtisas dərəcələrinə aid tələbləri bilmək.
  • Komanda daxilində işləmək , komanda üzvləri ilə yaxşı ünsiyyət qurmaq və gərgin iş şəraitində işləmək bacarıqlarına malik olmaq;

Vakansiya haqqında

Son tarix

November 14, 2026

Paylaşılıb

oktyabr 15, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Orta səviyyəli

Təhsil

Orta təhsil

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı