İnzibati binada və istehsalat sahəsində yerləşən xidməti otaqların, istehsalat sahəsində yerləşən səthlərin dəhlizlərin, pilləkənlərin, sanitar qovşaqların, ictimai ayaqyolunun və digər ümumi istifadə sahələrinin yığışdırılması və səliqəli saxlanılması;
Zibil qablarının vaxtında boşaldılması, dezinfeksiya məhlulu ilə yuyulması, zibilin yığılması və xüsusi ayrılmış yerlərə daşınması;
Unitazların, vannaların, əl-üz yuyanların və digər sanitar-texniki avadanlıqların təmizlənməsi və dezinfeksiya olunması;
Yığışdırılan sahələrdə sanitar və gigiyena qaydalarına, həmçinin müəssisənin daxili nizam-intizam və təhlükəsizlik tələblərinə riayət edilməsi;
Ehtiyac yarandıqda və məzuniyyət dövrlərində digər sahələr üzrə xadimələrin əvəz edilməsi;
İş prosesində aşkarlanan xırda məişət/texniki problemlər barədə (sızma, sınıq, nasazlıq və s.) aidiyyəti məsul şəxslərin vaxtında məlumatlandırılması.
Tələblər
Bu sahədə minimum 1 il iş təcrübəsi (inzibati bina/istehsalat müəssisəsi mühiti üstünlükdür);
Gecə növbələrində işləmək imkanı (növbəli iş rejiminə uyğunluq);
Xanım namizədlərə üstünlük verilir;
Təmizlik işlərinin görülməsi üçün fiziki cəhətdən uyğunluq (aktiv iş rejiminə uyğun sağlamlıq və iş qabiliyyəti);
Səliqəlilik, məsuliyyətlilik, intizamlılıq və operativlik;
Gigiyena və dezinfeksiya qaydaları, təmizlik vasitələrinin düzgün və təhlükəsiz istifadəsi barədə əsas biliklər;