İnzibati binalarda yerləşən xidməti otaqları, dəhlizləri, pilləkənləri, qovşaqları, ictimai ayaqyolunu və s. yığışdırmaq;
Toz almaq, əllə və ya maşın və mexanizmlərin köməyi ilə divarları, döşəməni, pəncərə çərçivələrini və şüşələri, mebel və xalça məmulatlarını süpürüb silmək və yumaq;
Zibil qablarını boşaltmaq, dezinfeksiya məhlulu ilə yumaq, zibil yığmaq və xüsusi ayrılmış yerlərə aparmaq;
Unitazları, vannaları, əl-üz yuyan və başqa sanitar texniki avadanlığı təmizləmək və dezinfeksiya etmək;
Yığışdırılan yerlərdə sanitar və gigiyena qaydalarına riayət etmək.
Tələblər
Otaqların silinməsi və təmiz saxlanılmasına dair sanitar və gigiyena qaydalarını bilməli;
Xidmət olunan avadanlıq və mexanizmlərin təyinatı və quruluşunu, yığışdırma qaydasını;
Yuyucu və dezinfeksiyaedici vasitələrin konsentrasiyasını, təyinatını, onlardan təhlükəsiz istifadə qaydaları və sanitar-texniki istismar qaydalarını.