Prime Cotton
Ana səhifə
/
/
/
Xəzinədarlıq üzrə mühasib(Mingəçevir)

Xəzinədarlıq üzrə mühasib(Mingəçevir)

Bu gün

275

Təsvir

  • Gündəlik bank ödənişlərinin hazırlanması və icrasının təmin edilməsi;
  • Şirkətlərin bank hesabları üzrə gündəlik qalıqların monitorinqi;
  • Ödəniş reyestrlərinin hazırlanması və yenilənməsi;
  • Bank çıxarışlarının əldə edilməsi, yoxlanılması və üzləşdirilməsi;
  • Daxili və beynəlxalq köçürmələr üzrə sənədlərin hazırlanması;
  • Valyuta mübadiləsi əməliyyatlarının icrasında iştirak;
  • Gündəlik pul vəsaitlərinin hərəkəti (Cash Flow) hesabatlarının hazırlanmasına dəstək;
  • Kredit, depozit və digər bank əməliyyatları üzrə məlumatların sistemləşdirilməsi;
  • Banklarla əməliyyat xarakterli yazışmaların aparılması;
  • Ödəniş sənədlərinin düzgünlüyünə və təsdiq prosedurlarına riayət olunmasına nəzarət;
  • Xəzinədarlıq rəhbərliyinin tapşırıqlarının vaxtında icrası.


Tələblər

  • Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat sahəsində ali təhsil;
  • Mühasibatlıq, maliyyə və ya xəzinədarlıq sahəsində minimum 2–3 il iş təcrübəsi;
  • Bank əməliyyatları və nağdsız hesablaşmalar üzrə praktiki biliklər;
  • Yerli və xarici valyutada ödənişlərin həyata keçirilməsi üzrə təcrübə;
  • İnternet bankçılıq sistemləri ilə işləmək bacarığı;
  • Bank hesabları üzrə qalıqların və pul vəsaitlərinin hərəkətinin izlənilməsi;
  • Ödəniş tapşırıqlarının hazırlanması və icrasına nəzarət;
  • Bank çıxarışlarının yoxlanılması və mühasibat uçotu məlumatları ilə üzləşdirilməsi;
  • Excel proqramında yüksək səviyyədə işləmək bacarığı (Pivot Table, VLOOKUP/XLOOKUP, SUMIFS);
  • 1C və ya digər ERP sistemləri ilə işləmək bacarığı;
  • Azərbaycan dilində sərbəst, rus və ingilis dillərində işgüzar yazışma bacarığı arzuolunandır;
  • Yüksək diqqətlilik, dəqiqlik, analitik düşünmə və məsuliyyətlilik;
  • Çoxsaylı bank əməliyyatlarını operativ idarə etmək və müəyyən edilmiş son tarixlərə riayət etmək bacarığı.


Üstünlük veriləcək bilik və bacarıqlar

  • Bir neçə hüquqi şəxsin bank hesabları ilə paralel işləmə təcrübəsi;
  • SWIFT köçürmələri və beynəlxalq ödəniş prosedurları üzrə biliklər;
  • Kredit, depozit və akkreditiv (LC) əməliyyatları haqqında ilkin biliklər;
  • Cash Flow və ödəniş planlaşdırılması üzrə təcrübə;
  • Böyük həcmdə gündəlik bank əməliyyatlarının idarə olunması bacarığı.



Vakansiya haqqında

Son tarix

December 25, 2026

Paylaşılıb

noyabr 25, 2026

Vakansiya növü

Tam ştat

Vəzifə dərəcəsi

Digər

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə