"Qala Sığorta" ASC

Korporativ Katib

13-10-2025

483

Təsvir

Vəzi̇fə və öhdəli̇klər:

 

·       Sığortaçının idarəetmə orqanlarının və komitələrinin bütün üzvləri ilə işləyir, onlara qərəzsiz məsləhətlər verir və sığortaçının məqsədlərinə uyğun hərəkət edir;

·       Direktorlar Şurasının sədrinə korporativ idarəetmə ilə bağlı məsləhətlər verir, onunla birgə sığortaçının korporativ idarəetməsinin sığortaçının məqsədlərinə uyğunluğunu dövri olaraq nəzərdən keçirir və sığortaçının korporativ idarəetmə strukturunun gücləndirilməsi üçün zəruri tədbirlər müəyyən edir;

·       Direktorlar Şurası üzvlərinin bilik və bacarıqlarının artırılması üçün onları lazımi resurslarla təmin edir, o cümlədən təlimlər təşkil edir və onların peşəkar inkişafına dəstək göstərir;

·       Sığortaçının idarəetmə orqanlarının və komitələrinin iclaslarının çağırılması və keçirilməsini təmin edir, həmin iclasların gündəliyini tərtib edir, iclasdan əvvəl onları yenilənmiş məlumatlarla və digər zəruri resurslarla təmin edir;

·       Sığortaçının idarəetmə orqanlarının və komitələrinin fəaliyyətinin effektiv təmini üçün zəruri olan siyasət və prosedurların hazırlanmasına dəstək verir;

·       Direktorlar Şurası, onun komitələri, İdarə Heyəti və səhmdarlar arasında effektiv kommunikasiyanın qurulmasını təmin edir;

·       Sığortaçı tərəfindən açıqlanması tələb olunan məlumatlara səhmdarların və digər investorların əlçatanlığını təmin edir.


Tələblər

Tələb edilən bilik, bacarıq və təcrübə:


·       Təhsil: Ali təhsil (hüquq, iqtisadiyyat və ya idarəetmə üzrə ali təhsilin olması);

·    Dil bilikləri: Azərbaycan və rus dillərində sərbəst ünsiyyət qurmaq və yazmaq bacarığı,  (ingilis dili arzu olunandır). Səlis danışıq qabiliyyəti;

·       İş təcrübəsi: Maliyyə və ya hüquq sahəsi üzrə azı 3 (üç) illik iş təcrübəsinə malik olmalıdır;

·   Yümşaq vərdişlər: Yüksək ünsiyyət və diplomatik bacarıqlar, analitik düşüncə və təşkilatçılıq bacarığı, məlumatların məxfliliyini qorumaq qabiliyyəti, komanda ilə işləmək bacarığı, problem həll etmə bacarığı, adaptasiya və çevik yanaşma, məsuliyyətlilik, stressə davamlılıq.


Vakansiya haqqında

Son tarix

November 12, 2025

Paylaşılıb

oktyabr 13, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

3-4 il

Təhsil

Bakalavr

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə