
Bu gün
68
Əsas vəzifə öhdəlikləri:
1. Sığortaçının fəaliyyətində qanunvericiliyin və daxili qaydaların pozulması halları ilə bağlı əhəmiyyətli komplayens riskləri baş verdiyi halda Direktorlar Şurasına dövri və ya növbədənkənar əsasda hesabatlar təqdim etmək.
2. Sığortaçının komplayens riskinin müəyyən edilməsi, qiymətləndirilməsi, idarə edilməsi və monitorinqi üçün daxili prosedur və metodları, həmçinin görüləcək tədbirləri müəyyən etmək.
3. Aşkarlanmış və sığortaçının maliyyə dayanıqlığı göstəricilərinə neqativ təsir edəcək komplayens riskləri, habelə onların aradan qaldırılması üzrə görülmüş və (və ya) görüləcək tədbirlər barədə tələb edildiyi halda Mərkəzi Bankı məlumatlandırmaq.
4. Sığortaçının əməkdaşları üçün komplayens riskləri ilə əlaqədar təlim proqramı hazırlamaq və aidiyyəti struktur bölmələrlə birgə proqramın icrasını təmin etmək.
5. Yeni sığorta məhsullarının və xidmətlərinin hazırlanması və tətbiqi prosesində iştirak etmək, yeni məhsulların və xidmətlərin formalaşdırılması ilə bağlı fəaliyyətin qanunvericiliyə və əlaqəli sığorta siyasətinə, habelə sığorta təcrübəsinə uyğunluğunu qiymətləndirmək, bu məhsulların və xidmətlərin həyata keçirilməsindən qabaq sığortaçının hüquq xidməti və ikinci müdafiə xəttinə daxil olan struktur bölmələrin rəyinin alınmasını yoxlamaq.
6. Komplayens risklərinin əhatə olunduğu yeni tələblərlə əlaqədar daxili kommunikasiyanı təmin etmək.
7. Sığortaçının fəaliyyəti ilə bağlı vətəndaş müraciətlərinin monitorinqini aparmaq.
8. Sığortaçıya və sığortaçının rəhbər işçilərinə tətbiq edilən sanksiyaların, sığortaçı barəsində qəbul edilmiş məhkəmə aktları ilə nəzərdə tutulan tələblərin, Mərkəzi Bank tərəfindən verilən icrası məcburi olan göstərişlərin icrasına nəzarət etmək, habelə müvafiq nəzarət tədbirlərinin sığortalılara təsiri barədə Komplayens Komitəsinə, bu komitə olmadıqda isə Riskləri İdarəetmə Komitəsinə hesabat təqdim etmək.
Namizədə olan tələblər:
Təhsil: Ali (Hüquq sahəsi üzrə)
Dil bilikləri: Azərbaycan (ingilis dili arzu olunandır)
Səlis danışıq qabiliyyəti
Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı
İş təcrübəsi: Maliyyə sektorunda hüquq və risklərin idarəedilməsi, komplayens, aktuar və daxili audit fəaliyyəti üzrə azı 4 (dörd) illik iş təcrübəsi
Son tarix
December 30, 2025
Paylaşılıb
noyabr 4, 2025
Vakansiya növü
Tam ştat
Təcrübə
3-4 il
Vəzifə dərəcəsi
Rəhbər
Təhsil
Bakalavr

Payonix BOKT MMC ● Bakı, Azərbaycan
23-10-2025
915

PASHA Bank ● Bakı, Azərbaycan
Bu gün
18

PASHA Bank ● Bakı, Azərbaycan
Bu gün
39

Prime Cotton MMC ● İmişli, Azərbaycan
Bu gün
52

Mətanət A Şirkətlər Qrupu ● Bakı, Azərbaycan
Bu gün
143