Qala Həyat Sığorta Şirkəti
Ana səhifə
/
/
/
Məhsulun təşviqi üzrə menecer

Məhsulun təşviqi üzrə menecer

Bu gün

59

Təsvir

Əsas vəzifə öhdəlikləri:

1. Şirkətdə biznesin inkişafı fəaliyyətinin həyata keçirilməsi üçün tədbirlər görülməsi;

3. Şirkətin biznes inkişafı strategiyasının işlənib hazırlanması, strateji və operativ biznes planlarının hazırlanması;

4 Şirkətin uğurlu imicinin yaradılması;

5. Biznes proseslərinin təkmilləşdirilməsi;

6. Bazarın və rəqiblərin tədqiqatı, bazarın iqtisadi durumunun qiymətləndirilməsi, şirkətin biznes fəaliyyətinin və fəaliyyətə təsir göstərən amillərin davamlı təhlili;

7. Bazarda mövcud olan şirkətlərin, onların məsullarının və tariflərinin öyrənilməsi və təhlili, bazarın seqmentasiyası;

8. Yeni məhsulların yaradılması, inkişafı və onların təşviq metodlarının seçilməsi;

9. Marketinq planının hazırlanması və koordinasiyası;

11. Zəruri marketinq tədbirlərinin müəyyən edilməsi;

12. Marketinq xərclərinin optimallaşdırılması;

13. Məhsulların satılması üçün tədbirlərin görülməsi;

14. Reklam aksiyalarının təşkili və keçirilməsi, bukletlərin, flayerlərin, təqdimatların və digər reklam məhsullarının hazırlanması;

15. Reklam və media şirkətləri ilə əlaqələrin qurulması, onlardan təkliflərin alınması, sərfəli təkliflərin müəyyən edilməsi, müqavilələrin bağlanması və sonraki işlərinə nəzarət;

16. Mediayada reklamın yerləşdirilməsi;

17. Şirkətin saytının və sosial şəbəkələrdə səhifələrinin dəstəyi;

18. İstehlak tələbinin araşdırılması üçün müştəri sorğu vərəqəsinin hazırlanması;

19. Müştərilərin şirkətə bağlılığını artırmaq üçün promo hədiyyələrin seçilməsi və sifarişi;

20. Müştərilərlə əlaqələrin qurulması;

21. Görülmüş işlərin nəticələrinin təhlili və qiymətləndirilməsi;

22. Dövrü hesabatların hazırlanması və təhlili;

23. Vəzifə öhdəlikləri ilə bağlı tələb olunan digər işlərin yerinə yetirilməsi.

Tələblər

Təhsil: Ali.

Dil bilikləri: Azərbaycan və rus dillərində sərbəst ünsiyyət qurmaq bacarığı, (ingilis dili arzu olunandır);

Səlis danışıq qabiliyyəti;

Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı;

İş təcrübəsi: Müvafiq vəzifə üzrə minimum 3 il təcrübə və Satış sahəsində iş təcrübəsi

Vakansiya haqqında

Son tarix

November 27, 2025

Paylaşılıb

oktyabr 10, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Satış və müştəri xidmətləri