Qala Həyat Sığorta Şirkəti
Ana səhifə
/
/
/
Risklərin İdarə edilməsi” şöbəsinə müdir

Risklərin İdarə edilməsi” şöbəsinə müdir

Dünən

190

Təsvir

Əsas vəzifə öhdəlikləri:

  • Risklərin idarə edilməsi sisteminin effektiv şəkildə işləməsi məqsədilə Direktorlar Şurasına, İdarə Heyətinə və digər nəzarət funksiyalarını həyata keçirən struktur bölmələrə zəruri köməklik göstərmək;
  • Sığortaçının ümumi risk profilinin və risklərin idarə edilməsi sisteminin monitorinqini aparmaq;
  • Riskə məruz qalma halları, eyni zamanda risk idarə edilməsi ilə bağlı strateji məsələlər, o cümlədən strateji plan, sığortaçının yenidən təşkili, böyük ölçülü layihələr və investisiyalar barədə Direktorlar Şurası və İdarə Heyətini ətraflı şəkildə məlumatlandırmaq və məsləhətlər vermək;
  • Risk iştahası bəyannaməsi, risklərin idarə edilməsi siyasətləri və icra prosedurlarını hazırlamaq;
  • Riskin ölçülməsi modellərinin dizaynı, seçilməsi, tətbiqi və ilkin təsdiqi prosesində iştirak etmək, müvafiq modelləri mütəmadi olaraq nəzərdən keçirmək və lazımi dəyişiklikləri etmək;
  • Sığortaçının istifadə etdiyi riskin ölçülməsi modellərindən əldə olunan hesablama nəticələri üzrə təhlillər aparmaq və dövri hesabatlar hazırlamaq;
  • Risklərin müəyyən edilmiş limitlər daxilində qalmasını təmin etmək və bu prosesə nəzarət etmək;
  • Sığortaçının maliyyə dayanıqlılığı ilə bağlı təhlillər aparmaq;
  • Riski müşahidə edən və vaxtında tədbirlər görən erkən xəbərdarlıq sistemlərinin yaradılması və istifadəsini həyata keçirmək;
  • Hər bir struktur bölmə üzrə yarana biləcək riskin limitlərini qruplaşdırmaq və sığortaçı üzrə ümumi müəyyən edilmiş limitlərə uyğunluğunun monitorinqini aparmaq;
  • Motivasiya məqsədli mükafatların müəyyən edilməsindən yaranan risklərin monitorinqini aparmaq.


İş şərtləri:

İş qrafiki: 09:00 – 18:00


Tələblər

  • Təhsil: Ali. (İqtisadiyyat və ya maliyyə sahəsi üzrə)
  • Dil bilikləri: Azərbaycan və rus dillərində sərbəst ünsiyyət qurmaq bacarığı, (ingilis dili arzu olunandır);
  • Səlis danışıq qabiliyyəti;
  • Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı;
  • İş təcrübəsi: Müvafiq vəzifə üzrə minimum 4 il təcrübə (risk, aktuari fəaliyyəti, audit və ya maliyyə idarəetməsi üzrə) 

Vakansiya haqqında

Son tarix

June 29, 2025

Paylaşılıb

may 20, 2025

Vakansiya növü

Tam ştat

Təhsil

Magistr

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə

İmtiyazlar

  • Sürücü və avtomobil
  • Korporativ nömrə
  • Bonus sistemi;