QALAN — riyaziyyat fənni üzrə interaktiv tədrisə yönəlmiş, tanınmış onlayn təhsil platformasıdır. Şirkət 7 ildən artıqdır ki, fəaliyyət göstərir və bu müddət ərzində 60.000-dən çox şagirdə tədris xidməti göstərmişdir. Hal-hazırda QALAN fəaliyyət miqyasını genişləndirərək Azərbaycan, Qazaxıstan, Özbəkistan və Rusiya ölkələrdə uğurla təqdim olunur. Platforma fərdi yanaşma əsasında çalışır: hər bir şagirdin zəif tərəfləri xüsusi metodlarla müəyyən olunur və bu sahələrdə sistemli şəkildə işlənilərək nəticə yönümlü həllər tətbiq edilir. Tədris prosesi daim inkişaf edən metodika və interaktiv yanaşmalarla dəstəklənir.
QALAN-ın əsas məqsədi — davamlı inkişafı təmin etmək və şagirdlərin bilik və bacarıqlarını yüksəltmək üçün effektiv təhsil mühiti yaratmaqdır.
Vəzifənin təsviri:
Təhsil layihəmizə şagirdləri tədris prosesinin bütün mərhələlərində müşayiət edəcək məsuliyyətli və diqqətli mentor tələb olunur. Sizin əsas vəzifəniz — tapşırıqların yerinə yetirilməsini izləmək və kursun tədris qrafikinə riayət olunmasını təmin etməkdir.
Platformamız müasir texnologiyalar əsasında qurulub: bütün nəzəri materiallar yüksək keyfiyyətli videodərslər şəklində təqdim olunur. Bu yanaşma sayəsində şagirdlər mövzuları canlı dərslərə ehtiyac olmadan rahatlıqla mənimsəyə bilirlər.
Mentorun rolu — dəstək və nəzarətdir. Nadir hallarda, əgər şagird videodərsləri izləməsinə baxmayaraq mövzunu tam başa düşmürsə, siz ona fərdi şəkildə izah edərək kömək edəcəksiniz. Bu yanaşma hər bir uşağa məhz ehtiyac duyduğu anda maksimum diqqət ayırmağa imkan verir.
Namizədə tələblər:
Son tarix
December 14, 2025
Paylaşılıb
noyabr 4, 2025
Vakansiya növü
Tam ştat
Vəzifə dərəcəsi
Gənc mütəxəssis

Qalan AZ ● Bakı, Azərbaycan
Bu gün
140

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi ● Bakı, Azərbaycan
Bu gün
90

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi ● Bakı, Azərbaycan
Bu gün
106

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi ● Bakı, Azərbaycan
Bu gün
47