QALAN — riyaziyyat fənni üzrə interaktiv tədrisə yönəlmiş, onlayn təhsil portalıdır. Şirkət 7 ildən artıqdır ki, fəaliyyət göstərir və bu müddət ərzində 60.000-dən çox şagirdə tədris xidməti göstərmişdir. Hal-hazırda QALAN fəaliyyət miqyasını genişləndirərək Azərbaycan, Qazaxıstan, Özbəkistan, Rusiya və Misirdə uğurla təqdim olunur. Missiyamız — davamlı uğura nail olmaq və şagirdlər üçün təhsil imkanlarını daim inkişaf etdirməkdir.
Vəzifə öhdəlikləri:
- Satış şöbəsi əməkdaşlarının təlim və peşəkar inkişaf prosesinin təşkili;
- AmoCRM sistemində effektiv və peşəkar işləmək;
- Satış planının icrasına nəzarət etmək və qarşıya qoyulan hədəflərə çatmağı təmin etmək;
- Komandanın müəyyən hissəsini idarə etmək və əməkdaşlara rəhbərlik etmək;
- Tapşırıqları düzgün bölüşdürmək, komanda üzvlərini motivasiya etmək və onların peşəkar inkişafına dəstək göstərmək;
- İdarəetmə proseslərini optimallaşdırmaq və işin səmərəli təşkilini təmin etmək;
- Satış göstəricilərini təhlil etmək və rəhbərlik üçün analitik hesabatlar hazırlamaq.
İş şəraiti:
- Rəqabətədavamlı əməkhaqqı və əldə olunan nəticələrə əsaslanan bonus sistemi;
- İş qrafiki: həftədə 6 iş günü, 1 istirahət günü, saat 10:00-dan 19:00-dək;
- Peşəkar, mehriban və motivasiyalı komandada işləmək imkanı;
- Şirkətin inkişafına töhfə vermək və şəxsi təşəbbüsləri həyata keçirmək üçün geniş imkanlar.