Qalan AZ
Ana səhifə
/
/
/
Satış şöbəsinin rəhbəri

Satış şöbəsinin rəhbəri

  • Qalan AZ
  • 59 Rashid Behbudov St, Baku, Azərbaycan
  • Tam ştat

Bu gün

149

Təsvir

QALAN — riyaziyyat fənni üzrə interaktiv tədrisə yönəlmiş, onlayn təhsil portalıdır. Şirkət 7 ildən artıqdır ki, fəaliyyət göstərir və bu müddət ərzində 60.000-dən çox şagirdə tədris xidməti göstərmişdir. Hal-hazırda QALAN fəaliyyət miqyasını genişləndirərək Azərbaycan, Qazaxıstan, Özbəkistan, Rusiya və Misirdə uğurla təqdim olunur. Missiyamız — davamlı uğura nail olmaq və şagirdlər üçün təhsil imkanlarını daim inkişaf etdirməkdir.


Vəzifə öhdəlikləri:

  • Satış şöbəsi əməkdaşlarının təlim və peşəkar inkişaf prosesinin təşkili;
  • AmoCRM sistemində effektiv və peşəkar işləmək;
  • Satış planının icrasına nəzarət etmək və qarşıya qoyulan hədəflərə çatmağı təmin etmək;
  • Komandanın müəyyən hissəsini idarə etmək və əməkdaşlara rəhbərlik etmək;
  • Tapşırıqları düzgün bölüşdürmək, komanda üzvlərini motivasiya etmək və onların peşəkar inkişafına dəstək göstərmək;
  • İdarəetmə proseslərini optimallaşdırmaq və işin səmərəli təşkilini təmin etmək;
  • Satış göstəricilərini təhlil etmək və rəhbərlik üçün analitik hesabatlar hazırlamaq.

İş şəraiti:

  • Rəqabətədavamlı əməkhaqqı və əldə olunan nəticələrə əsaslanan bonus sistemi;
  • İş qrafiki: həftədə 6 iş günü, 1 istirahət günü, saat 10:00-dan 19:00-dək;
  • Peşəkar, mehriban və motivasiyalı komandada işləmək imkanı;
  • Şirkətin inkişafına töhfə vermək və şəxsi təşəbbüsləri həyata keçirmək üçün geniş imkanlar.


Tələblər

Namizədə tələblər:


  • Azərbaycan və rus dillərini sərbəst bilmək;
  • Satış sahəsində və komanda idarəçiliyində minimum 1 il iş təcrübəsi;
  • CRM sistemləri ilə işləmək bacarığı;
  • Satış skriptlərinin və KPI göstəricilərinin hazırlanması və tətbiqi üzrə bilik və təcrübə;
  • Yaş həddi: 25–40;
  • Strateji düşünmə və operativ qərar qəbul etmə bacarığı;
  • Yüksək kommunikasiya və liderlik bacarıqları;
  • Komandanı motivasiya etmək, ruhlandırmaq və güclü komanda ruhu formalaşdırmaq bacarığı.
  • Maaş 1250 azn + bonus

Vakansiya haqqında

Son tarix

November 14, 2026

Paylaşılıb

noyabr 7, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Təhsil