QALAN — riyaziyyətin öyrənilməsi üzrə ixtisaslaşmış, Qazaxıstanda fəaliyyətə başlamış interaktiv onlayn təhsil portalıdır. Şirkət artıq 5 ildən artıqdır ki, uğurla fəaliyyət göstərir və bu müddət ərzində 50.000-dən çox şagirdə keyfiyyətli təhsil imkanı təqdim etmişdir. Hazırda QALAN beynəlxalq miqyasda genişlənir və Azərbaycan, Qazaxıstan, Özbəkistan, Rusiya və Misir bazarlarında fəaliyyət göstərir. Biz uzunmüddətli inkişaf və davamlı təhsil imkanları yaratmaq məqsədilə komandamıza güclü mütəxəssislər cəlb edirik.
Hazırda biz komandaya peşəkar targetoloq axtarırıq — pullu reklam kampaniyalarının effektiv idarə olunmasında təcrübəli, Facebook, Instagram və digər platformalarda hədəfli müştəri cəlb etmək bacarığı olan mütəxəssis.
Təklif etdiyimiz şərait:
•Ofisdaxili iş rejimi (in-house)
•Sabit əmək haqqı — fərdi qaydada müzakirə olunur
•Geniş auditoriya ilə iş və maraqlı layihələr
•Səmimi və çevik komanda
•İnkişaf və təşəbbüslərin reallaşdırılması üçün əlverişli mühit
Namizədə tələblər:
•Meta Ads (Facebook/Instagram), TikTok Ads platformalarında reklam kampaniyalarının yaradılması və optimizasiyası sahəsində iş təcrübəsi
•Rəqəmsal analitika üzrə biliklər: CPA, CTR, CPL, ROAS kimi göstəriciləri anlama və təhlil etmə bacarığı
•Reklamda kreativ yanaşmalara və trendlərə bələdlik
•Komanda ilə koordinasiyalı işləmək və operativ qərarlar qəbul etmək bacarığı
•Kreativ düşüncə və sistemli yanaşma
•Piksel quraşdırmaları, retargeting mexanizmləri və reklam mətnlərinin hazırlanması sahəsində bilik
•Yaradıcı və effektiv reklam kontentlərinin hazırlanması bacarığı
Əsas vəzifələr:
•Rəqəmsal reklam kampaniyalarının hazırlanması, idarə olunması və optimizasiyası
•Oflaynlar, kreativ yanaşmalar və təkliflərin test edilməsi
•Analitik hesabatların hazırlanması və nəticələrin təhlili
•Marketinq komandası ilə sıx əməkdaşlıq
•Lead qiymətinin optimallaşdırılması və konversiya göstəricilərinin yüksəldilməsi istiqamətində davamlı təkmilləşdirmə işlərinin aparılması.
Son tarix
August 6, 2025
Paylaşılıb
iyun 27, 2025
Vakansiya növü
Tam ştat
Təcrübə
1 ilədək
Vəzifə dərəcəsi
Mütəxəssis
Təhsil
Orta təhsil