“Rabitəbank” ASC İT Təhlükəsizliyi Departamentinin Bank Sistemlərinin təhlükəsizliyi şöbəsində Mütəxəssis ( SOC Analyst) vəzifəsinə işə qəbul elan edir.
Ölkənin aparıcı banklarından biri olan “Rabitəbank” ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.
Vəzifə öhdəlikləri:
- SIEM Sisteminin quraşdırılması, idarə edilməsi və tətbiqi (qaydaların yaradılması, log mənbələrinin idarə edilməsi və qoşulması, yeni DSM-lərin yaradılması, yalnış müsbət hadisələrin aşkarlanması və həlli) ;
- EDR/XDR Sisteminin idarə edilməsi və tətbiqi (BIOC və IOC-ların yaradılması, “endpoint”-lərin idarəolunması, yanlış müsbət hadisələrin həlli üçün düzgün istisnaların yaradılması, hesabatların hazırlanması);
- "E-mail security" həllinin idarə edilməsi;
- Mövcud servislərin dayanıqlılığının və təhlükəsizliyinin təmin edilməsi;
- İnformasiya resurslarına giriş hüquqlarının təmin edilməsinə və onların istifadəsinə nəzarət;