"Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti
Ana səhifə
/
/
/
Baş mütəxəssis – Əməliyyat Risklərinin İdarə Edilməsi şöbəsi

Baş mütəxəssis – Əməliyyat Risklərinin İdarə Edilməsi şöbəsi

29-06-2026

507

Təsvir

Ölkənin aparıcı banklarından biri olan Rabitəbank ASC əməkdaşlarına uğurlu karyera qurmaq, peşəkar inkişaf etmək və dinamik komandanın üzvü olmaq imkanı yaradır.


Əsas vəzifələr



  • Risklərin idarə edilməsi üzrə Bankın daxili qaydalarının hazırlanmasında və təkmilləşdirilməsində iştirak
  • Əməliyyat risklərinin idarə edilməsi prosesində lazımi hesabatlıqların tərtib edilməsi, əsas risk indikatorlarına dair məlumatların toplanması və analizlərin həyata keçirilməsi
  • Əməliyyat risklərinin azaldılması və aradan qaldırılması üçün qabaqlayıcı tədbirlər planı, əməliyyatlar üzrə limitlər hazırlamaq və tövsiyyələr vermək
  • Bank risk iştahasını ifadə edən və təyin edilmiş riskləri qiymətləndirən əmsallara nəzarəti təmin etmək
  • Bankın baş ofisi və filiallarında həyata keçirilən biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədi ilə monitorinqlərin aparılması, nəticələrinin sənədləşdirilməsi və təkliflərin verilməsində iştirak
  • Bankda risk mədəniyyətinin yüksəldilməsi istiqamətində iştirak
  • Bankın struktur bölmələrindən insidentlər barədə məlumatların toplanması və səbəblərinin araşdırılmasının təmin edilməsi
  • Yeni məhsul və xidmətlərin risk qiymətləndirilməsində iştirak
  • İlkin Sorğular və üzbəüz görüşlər keçirtmək
  • Birbaşa özünün habelə strukturun fəaliyyətinə aid olan digər vəzifələri həyata keçirmək.

Tələblər

  • Ali təhsil (Risk menecment,maliyyə,iqtisadiyyat və s. oxşar sahələr)
  • Xarici dil bilikləri üstünlük sayılır (İngilis dili və Rus dili)
  • MS Office proqramları ilə işləmək bacarığı
  • Təqdimatların formalaşmasında, iri həcmli məlumatın yığımında, təhlilində işləmə bacarığı
  • Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti
  • Yüksək kommunikasiya və təqdim etmə bacarığı.

Vakansiya haqqında

Son tarix

July 29, 2026

Paylaşılıb

iyun 29, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə