"Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti
Ana səhifə
/
/
/
Biznes Analitik (Business Analyst) üzrə Təcrübə Proqramı

Biznes Analitik (Business Analyst) üzrə Təcrübə Proqramı

Bu gün

14

Təsvir


“Rabitəbank” ASC və Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq çərçivəsində Proseslərin avtomatlaşdırılması və rəqəmsallaşma departamenti üzrə Biznes Analitik (Business Analyst)  istiqamətində 3 aylıq ödənişli təcrübə proqramı elan edirik!

Əgər maliyyə sektorunda ilk addımlarını atmaq, real iş proseslərində iştirak etmək və peşəkar inkişaf yolunda irəliləmək istəyirsənsə, bu fürsət məhz sənin üçündür!


  • Biznes tələblərinin toplanması, təhlili və sistem tələblərinə çevrilməsi.
  • Tələblərin dəqiqləşdirilməsi, biznes qaydalarının və sistem məntiqinin müəyyən edilməsi.
  • Funksional tələblərin, User Story-lərin, Use Case-lərin və qəbul meyarlarının (Acceptance Criteria) hazırlanması.
  • Tələblərin alternativ ssenarilər, istisna hallar və mümkün xətalar nəzərə alınmaqla detallı şəkildə işlənməsi.
  • Sistemlərarası inteqrasiyaların təhlili, API-lərin iş prinsiplərinin və sistemlər arasında məlumat mübadiləsinin təsviri.
  • BPMN və UML diaqramlarından istifadə etməklə biznes proseslərinin və sistem davranışının modelləşdirilməsi.
  • Tələblərin proqram təminatının hazırlanması komandası ilə müzakirəsi, dəqiqləşdirilməsi və razılaşdırılması.
  • ələblərin həyata keçirilməsi prosesində yaranan sualların cavablandırılması və zəruri dəyişikliklərin idarə edilməsi.
  •  QA komandası ilə əməkdaşlıq edərək tələblərin test ssenarilərinə çevrilməsinə və funksionallığın tələblərə uyğunluğunun yoxlanılmasına dəstək göstərilməsi.
  • Tələblərin dəyişikliklərinin izlənilməsi və onların sistemin digər komponentlərinə mümkün təsirlərinin təhlili.
  • Biznes, IT və digər aidiyyəti komandalar arasında effektiv kommunikasiya və koordinasiyanın təmin edilməsi.

Tələblər

  • Tələblərin təfərrüatlı qəbul meyarları (Acceptance Criteria) və Given-When-Then (BDD) formatında yazılması bacarığı.
  •  İstifadə ssenarilərinin (Use Case) və biznes məntiqinin detallaşdırılması təcrübəsi.
  •  SQL üzrə bazilik biliklər: Məlumat bazalarından sorğuların çıxarılması (SELECT, JOIN, WHERE, GROUP BY), məlumat strukturlarının analizi və məntiqin yoxlanılması bacarığı.
  • Biznes proseslərinin vizuallaşdırılması və diaqramların tərtibi haqqında anlayış (BPMN, UML).
  • Qeyri-funksional tələblərin (təhlükəsizlik, məhsuldarlıq, UX/UI qaydaları) və xüsusi halların (Edge Cases) müəyyən edilməsi bacarığı.


Proqram iştirakçılarına nə təklif olunur:

  • Təyin olunmuş aylıq ödəniş
  • Fərdi inkişaf və təcrübə qazandıracaq mühit
  •  Gələcək iş imkanları üçün real zəmin

 

Kimlər müraciət edə bilər:

  • Namizəd ali təhsilini ən azı bakalavr (və ya magistratura) səviyyəsində tamamlamış olmalıdır
  • Hal-hazırda heç bir təhsil müəssisəsində əyani təhsil almayan namizədlər
  • Məşğul şəxs hesab edilməyən, aktiv əmək müqaviləsi və aktiv vöen əsasında çalışmayan vətəndaşlar

 

Gələcəyini Rabitəbank ilə qur – indi başla !

Vakansiya haqqında

Son tarix

November 27, 2026

Paylaşılıb

oktyabr 27, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə