Bankın mikro və aqrar yönümlü kredit portfeli üzrə monitorinq fəaliyyətlərinin icrasında iştirak etmək
Kredit sənədlərini ilkin olaraq təhlil etdikdən sonra müştərilərlə telefon vasitəsilə əlaqə qurmaq, zəruri hallarda filial səfərlərini həyata keçirmək
Mikro və aqro kreditlərin bankın daxili siyasət və prosedurlarına uyğunluğunu yoxlamaq
Kredit portfeli üzrə mövcud və potensial riskləri müəyyən etmək, risklərin minimuma endirilməsi məqsədilə əsaslandırılmış rəy və tövsiyələr təqdim etmək
Aparılmış monitorinqlərin nəticələri əsasında ətraflı analitik hesabatlar hazırlamaq
Bank əməkdaşları və müştərilərlə peşəkar və etibarlı işgüzar münasibətləri formalaşdırmaq və qorumaq
Tələblər
Banklarda və ya mikro maliyyə institutlarında biznes kreditləri və ya daxili nəzarət istiqaməti üzrə, kredit proseslərinin monitorinqi sahəsində minimum 1 il iş təcrübəsi
Ali təhsil
Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı, İngilis dili biliyi üstünlükdür
Güclü analitik düşünmə və məlumatları sistemli şəkildə təhlil etmə bacarığı
MS Office proqramları, xüsusilə MS Excel üzrə yüksək səviyyədə işləmə bacarığı
Kreditlərin verilməsi və tənzimlənməsi üzrə Azərbaycan Respublikası Mərkəzi Bankının normativ tələbləri barədə biliklər
Yeniliklərə açıq olmaq, davamlı inkişafı təşviq edən yanaşma və təşəbbüskarlıq
Həm müstəqil şəkildə, həm də komanda daxilində effektiv işləmək bacarığı