"Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti
Ana səhifə
/
/
/
İT Təhlükəsizliyi Departamentinin, Kiberdələduzluğa qarşı mübarizə şöbəsində Kiçik mütəxəssis

İT Təhlükəsizliyi Departamentinin, Kiberdələduzluğa qarşı mübarizə şöbəsində Kiçik mütəxəssis

Bu gün

13

Təsvir

"Rabitəbank" ASC İT Təhlükəsizliyi Departamentinin Kiberdələduzluğa qarşı mübarizə şöbəsində Kiçik mütəxəssis vəzifəsinə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan “Rabitəbank” ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.


Vəzifə öhdəlikləri:

  •  Kart və rəqəmsal kanallar üzrə əməliyyatların fırıldaqçılığa qarşı monitorinq sistemlərində izlənilməsi;
  • Sistemlər tərəfindən yaradılan siqnalların ilkin təhlili, təsnifatı və müvafiq qaydada eskalasiyası;
  • Şübhəli əməliyyatlar üzrə müştəri ilə əlaqə saxlanılması, əməliyyatın təsdiqlənməsi və ya bloklanması üzrə prosedurların icrası;
  • Fırıldaqçılıq halları üzrə insidentlərin idarə edilməsi sistemində qeydiyyatın aparılması və sənədləşdirilməsi;
  • Müştəri müraciətlərinin ilkin araşdırılması və aidiyyəti struktur bölmələrə yönləndirilməsi;
  • Fırıldaqçılığa qarşı qaydaların effektivliyinin izlənilməsi, yanlış müsbət hallar üzrə statistikanın hazırlanması;
  • Gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması;
  • Ödəniş sistemlərinin və prosessinq mərkəzinin fırıldaqçılığa qarşı mübarizə alətləri üzrə əməliyyat işlərinin icrası;
  • Yeni fırıldaqçılıq sxemləri üzrə məlumatların toplanması və şöbə daxilində paylaşılması;
  • Aidiyyəti struktur bölmələrlə operativ koordinasiya.


Tələblər

  • Ali təhsil (İnformasiya texnologiyaları, maliyyə, riyaziyyat və ya iqtisadiyyat üzrə üstünlük verilir);
  • İnformasiya təhlükəsizliyi, fırıldaqçılığa qarşı mübarizə və ya bank əməliyyatları sahəsində 1 ilədək iş təcrübəsi; təcrübəsi olmayan, lakin sahə üzrə müvafiq nəzəri biliklərə malik namizədlərə də baxılır;
  • Azərbaycan, Rus və İngilis (texniki) dillərini yaxşı səviyyədə bilmək;
  • Kart ödəniş sistemlərinin iş prinsipləri barədə ümumi biliklər;
  • Fırıldaqçılıq sxemləri (sosial mühəndislik, fişinq, hesabın ələ keçirilməsi, kart məlumatlarının oğurlanması) barədə məlumatlılıq;
  • SQL üzrə təməl biliklər;
  • MS Office proqramları üzrə biliklər;
  • Loq və əməliyyat məlumatlarının təhlili bacarığı;
  • Analitik düşüncə, diqqətlilik, məsuliyyətlilik və operativlik;
  • Yüksək iş həcmi şəraitində konsentrasiyanı qoruya bilmək;
  • Məxfiliyin qorunması üzrə tələblərə ciddi riayət;
  • Ünsiyyətqurma və komandada işləmək bacarığı.


Vakansiya haqqında

Son tarix

October 1, 2026

Paylaşılıb

sentyabr 4, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə