"Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti
Ana səhifə
/
/
/
Korporativ Müştərilərə Xidmət Sahəsi üzrə Təcrübə Proqramı

Korporativ Müştərilərə Xidmət Sahəsi üzrə Təcrübə Proqramı

17-09-2025

482

Təsvir


“Rabitəbank” ASC və Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlığı çərçivəsində Korporativ Müştərilərə Xidmət Sahəsi üzrə Təcrübə Proqramı 3 aylıq ödənişli təcrübə proqramı elan edirik!


Əgər maliyyə sektorunda ilk addımlarını atmaq, real iş proseslərinə qoşulmaq və peşəkar inkişaf yoluna çıxmaq istəyirsənsə bu fürsət sənin üçündür!

 

Proqram haqqında:

  • Müddət : 3 ay
  • Sahə : Korporativ Müştərilərə Xidmət Sahəsi


Təcrübə nələri əhatə edir:

  •  Peşəkar təlimlər (nəzəri və praktiki)
  •  Baş ofis və filiallarda real təcrübə imkanı
  •  Real keys üzərindən iş proseslərinə birbaşa cəlb olunma
  •  Biznes mühiti və korporativ iş prinsipləri ilə tanışlıq
  •  Karyeraya güclü başlanğıc və gələcək əməkdaşlıq fürsəti


Tələblər

Proqram iştirakçılarına nə təklif olunur:

  • Təyin olunmuş aylıq ödəniş
  • Fərdi inkişaf və təcrübə qazandıracaq mühit
  •  Gəlcək iş imkanları üçün real zəmin

 

Kimlər müraciət edə bilər:

  • Namizəd ali təhsilini ən azı bakalavr (və ya magistratura) səviyyəsində tamamlamış olmalıdır
  • Hal-hazırda heç bir təhsil müəssisəsində əyani təhsil almayan namizədlər
  • Məşğul şəxs hesab edilməyən, aktiv əmək müqaviləsi və aktiv vöen əsasında çalışmayan vətəndaşlar
  • Ünsiyyətqurma bacarığı yaxşı olan namizədlər
  • Problemləri həll etmə bacarığı
  • Yüksək kommunikasiya və təşkilatçılıq qabiliyyətinə malik olmaq


 

Gələcəyini Rabitəbank ilə qur – indi başla !


Vakansiya haqqında

Son tarix

October 27, 2025

Paylaşılıb

sentyabr 17, 2025

Vakansiya növü

Təcrübə

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə