“Rabitəbank” ASC Risklərin İdarə Edilməsi Departamentinin Kredit və bazar riskləri şöbəsinə baş mütəxəssis vəzifəsinə işə qəbul elan edir.
Ölkənin ən iri banklarından biri olan “Rabitəbank” ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.
Vəzifə öhdəlikləri:
- Bankın kredit və bazar risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi, monitorinqi və hesabatlılığının həyata keçirilməsi;
- Kredit portfelinin keyfiyyətinin, risk konsentrasiyalarının və risk trendlərinin təhlili;
- Kredit portfeli üzrə gecikmələr, problemli kreditlər, restrukturizasiya edilmiş kreditlər və konsentrasiya risklərinin monitorinqi;
- Kredit risk göstəricilərinin (KRI) hazırlanması, monitorinqi və hesabatlarının tərtib edilməsi;
- Risk İştahası Bəyannaməsində (RAS) müəyyən edilmiş kredit və bazar risk limitlərinin izlənilməsi və pozuntuların araşdırılması;
- Faiz dərəcəsi riski, valyuta riski və likvidlik riskləri üzrə təhlillərin aparılması;
- Duration Gap, Repricing Gap, Valyuta Açıq Mövqeyi, NII və EVE həssaslıq analizlərinin aparılması;
- Stress-testlərin və ssenari analizlərinin hazırlanması və nəticələrinin qiymətləndirilməsi;
- Kredit məhsulları, investisiya alətləri və yeni biznes təşəbbüsləri üzrə risk rəylərinin verilməsi;
- Kredit risk modellərinin, skorinq sistemlərinin və erkən xəbərdarlıq indikatorlarının (EWS) effektivliyinin qiymətləndirilməsi;
- Kredit və bazar risklərinin idarə olunması üzrə siyasət, metodologiya və prosedurların hazırlanması və təkmilləşdirilməsi;
- AR Mərkəzi Bankının prudensial tələbləri və Basel prinsiplərinə uyğun hesabatların hazırlanmasında iştirak;
- Daxili audit, xarici audit və tənzimləyici yoxlamalar çərçivəsində təqdim olunan tövsiyələrin icrasının izlənilməsi.