“Rabitəbank” ASC Prosseslərin Avtomatlaşdırılması və Rəqəmsallaşma Departamentinin Biznes Bankçılığın Rəqəmsallaşma şöbəsində Məhsul Sahibi vəzifəsinə işə qəbul elan edir.
Ölkənin ən iri banklarından biri olan “Rabitəbank” ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.
Vəzifə öhdəlikləri:
- Məhsulların ümumilikdə uğur qazanması üçün prosesə rəhbərlik etmək;
- İstifadəçiləri müşahidə etmək, araşdırmaq, təhlil etmək və onlarla əlaqə yaratmaq;
- İstifadəçilərin tələblərini öyrənmək və onları qeyd etmək;
- Məhsul ilə bağlı tələbləri və əngəlləri aşkarlamaq üçün bir neçə komanda ilə əməkdaşlıq etmək;
- Yeni təkliflər hazırlamaq;
- Tələblər və yekun materialları proqramçılarla müzakirə etmək;
- Məhsullarla bağlı yerinə yetirilməmiş işlərin siyahısını tərtib etmək, yeniləmək və prioritetləşdirmək;
- Hər bir tapşırıq ilə bağlı qəbul meyarlarını müəyyən etmək;
- Qəbul testlərini tərtib etmək;
- Tələbləri açıq şəkildə komandaya izah etmək;
- Maraqlı tərəflərlə birlikdə məhsulun satışa buraxılmasının planlaşdırılması prosesini sürətləndirmək;
- Tapşırıqların planlaşdırılması ilə bağlı iclasda iştirak etmək;
- Maraqlı tərəflərlə əlaqə yaratmaq və bu əlaqələri davam etdirmək;
- Məhsullarla bağlı gedişatı izləmək və qiymətləndirmək;
- Məhsulun hazırlanma prosesində hərtərəfli şəkildə istiqamət verməklə proqramçı və dizayner komandalarına rəhbərlik etmək;
- İstifadəçi məmnuniyyətini artırmaq üçün faydalılıq barədə araşdırma və tədqiqatları məhsulla bağlı tələblərə daxil etmək.