"Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti

Middle Biznes analitik

Bu gün

20

Təsvir

“Rabitəbank” ASC Prosseslərin Avtomatlaşdırılması və Rəqəmsallaşma Departamentinin Riteyl Bankçılığın Rəqəmsallaşma şöbəsində İT Biznes analitik vəzifəsinə işə qəbul elan edir.


Korporativ müştərilər üçün internet-bankinq və mobil bank tətbiqlərinin inkişafı, yeni funksionallıqların hazırlanması və mövcud proseslərin təkmilləşdirilməsi üzrə biznes və sistem analizinin aparılması.

 

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.


Vəzifə öhdəlikləri:


  • Biznes tələblərinin toplanması, təhlili və sənədləşdirilməsi;
  • Biznes proseslərinin araşdırılması və optimallaşdırılması üzrə təkliflərin hazırlanması;
  • Frontend və backend komandaları üçün texniki tapşırıqların hazırlanması;
  • Funksional və qeyri-funksional tələblərin formalaşdırılması;
  • İnteqrasiya tələblərinin müəyyənləşdirilməsi və təsviri (API, xarici sistemlər və bankın daxili servisələri);
  • Biznes nümayəndələri, məhsul sahibləri, dizaynerlər, proqramçılar və testçilərlə sıx əməkdaşlıq;
  • Yeni funksionallıqların test edilməsi və qəbul prosesində iştirak;
  • Layihə üzrə sənədlərin hazırlanması və aktual saxlanılması.



Tələblər


  • Biznes və ya sistem analitiki kimi minimum 3 il iş təcrübəsi;
  • Agile metodologiyası üzrə biliklər;
  • REST API, Swagger və Postman ilə işləmə təcrübəsi;
  • Biznes proseslərinin modelləşdirilməsi üzrə təcrübə (BPMN);
  • Texniki sənədlərin və istifadəçi hekayələrinin hazırlanması bacarığı;
  • SQL üzrə baza bilikləri;
  • Bankçılıq sahəsində təcrübə üstünlükdür;
  • Korporativ bankçılıq məhsulları və rəqəmsal kanallar üzrə biliklər üstünlükdür.

Üstünlüklər:


  • Internet banking və mobile banking layihələrində iştirak təcrübəsi;
  • İnteqrasiya layihələrində iştirak;
  • Mikroservis barədə anlayış.


Vakansiya haqqında

Son tarix

October 29, 2026

Paylaşılıb

sentyabr 29, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə