"Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti
Ana səhifə
/
/
/
Mikro kreditlərinin monitorinqi üzrə Baş mütəxəssis/Ekspert

Mikro kreditlərinin monitorinqi üzrə Baş mütəxəssis/Ekspert

Dünən

138

Təsvir

  • Biznes və mikro kreditlərin planlı və növbədənkənar monitorinqinin keçirilməsində iştirak edir;
  • Kredit vəsaitlərinin təyinatı üzrə istifadə edilməsini yoxlamaq, səyyar montorinqlər təşkil edərək biznesin fəaliyyət yerində yoxlama aparmaq;
  • Səyyar monitorinqlərin nəticəsi olaraq kredit risklərini (müştərinin maliyyə vəziyyətini və gələcəkdə krediti qaytarma qabiliyyətini) qiymətləndirmək;
  • Səyyar monitorinqin nəticəsi olaraq müvafiq aktları tərtib etmək;
  • Riskli müştəriləri əvvəlcədən müəyyən etmək, kredit portfelinə gələcək təsirlərini ölçmək və riskləri minimuma endirmək üçün tələb olunan tədbirləri icra etmək;
  • Tələb olunan hesabatları hazırlayaraq aidiyyatı üzrə rəhbərliyə təqdim etmək;
  • Səlahiyyətli şəxs/orqan tərəfindən təsdiq edilmiş monitorinq planlarının icrasını təmin edir;
  • Bank üzrə qəbul edilən qərarlardan irəli gələn vəzifələri, bankdaxili əmr, sərəncam və göstərişlərin tələblərini yerinə yetirir;
  • Şöbə müdirinin tapşırığına əsasən əsasnaməyə və bankdaxili normativ sənədlərə uyğun vəzifələri yerinə yeritir.

Tələblər

  • Ali iqtisadi təhsil;
  • Bank sahəsində mikro kreditlərinin monitorinqi sahəsi üzrə minimum 1 (bir) illik iş təcrübəsi; (Mikro kreditləri sahəsində minimum 2 (iki) il iş təcrübəsi arzuolunandır)
  • Microsoft Office üzrə biliklər;
  • Analitik düşüncə və təhlil etmə bacarığı;
  • Mikro krediti müştərilərinin maliyyə hesabatlarının təhlili bacarığı;
  • Biznes müştərilərinin bizneslərinin fəaliyyət ünvanlarına səyyar monitorinq edərək fəaliyyətin cari vəziyyətini qiymətləndirmə bacarığı;
  • Kredit portfelinin idarə olunması, keyfiyyətinə nəzarət, həmçinin kredit ödənişlərində gecikmələrin yarandığı halda aradan qaldırılması məqsədi ilə müvafiq tədbirləri həyata keçirə bilmək bacarığı;
  • Ünsiyyətqurma qabiliyyəti;

Beynəlxalq sertifikatların ACCA (F3) olması üstünlükdür.

Vakansiya haqqında

Son tarix

aprel 8, 2025

Paylaşılıb

fevral 27, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Natamam ali

Kateqoriya

Digər