"Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti
Ana səhifə
/
/
/
"Rabitəbank" ASC Kart əməliyyatları departamentinin Kart məhsulları və xidmətlərin inkişafı şöbəsində Aparıcı/Baş mütəxəssis

"Rabitəbank" ASC Kart əməliyyatları departamentinin Kart məhsulları və xidmətlərin inkişafı şöbəsində Aparıcı/Baş mütəxəssis

22-04-2024

1.4K

Təsvir

“Rabitəbank” ASC Kart əməliyyatları departamentinin Kart məhsulları və xidmətlərin inkişafı şöbəsində Aparıcı/Baş mütəxəssis vəzifəsinə işə qəbul elan edir.


Ölkənin ən iri banklarından biri olan “Rabitəbank” ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.


Vəzifə öhdəlikləri: 


  • Kart məhsulları üzrə aylıq/rüblük hesabatların hazırlanması;
  • Müxtəlif müştəri seqmentləri üçün nəzərdə tutulan kart biznesinə yönəlmiş kompleks məhsulların hazırlanması və təqdim edilməsində iştirak etmək;
  • Kart məhsulları və nağdsız hesablaşmalar üzrə daxili və xarici bazarı daimi təhlil etmək;
  • Kart biznesinə aid layihələr üzrə təhlil, sorğu və test işləri aparmaq, biznes proseslərinin avtomatlaşdırılması üçün layihələri işləyib həyata keçirmək;
  • Kart biznesinin innovativ məhsul və texnologiyalarını təqdim və tətbiq etmək;
  • Kart məhsulları və xidmətlərinin reklamı və marketinqi üçün təkliflər hazırlamaq;
  • Beynəlxalq və yerli Ödəniş Sistemlərinin nümayandələri ilə daimi və keyfiyyətli əlaqələri qurmaq;

Tələblər

  • Analitik bacarıqlar;
  • Plastik kartlar sahəsində ən azı 1 il iş təcrübəsi;
  • İngilis dili/Rus dili biliklərin olması arzuolunandır;
  • Problemləri həll etmə bacarığı;
  • Məsuliyyətli, tələbkar, təşəbbüskar olmaq, əməkdaşlar qarşısında vəzifələri düzgün qoymaq bacarığı və qərar qəbul etmək qabiliyyəti;


Vakansiya haqqında

Son tarix

iyun 1, 2024

Paylaşılıb

aprel 22, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə