
22-09-2025
755
“Rabitəbank” ASC Rəqəmsal sistemlərin inkişafı departamenti, Süni intellekt və data analitika şöbəsinə, Şöbə rəisi vəzifəsi üzrə işə qəbul elan edir.
Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır
ƏSAS VƏZİFƏLƏRİ:
1. Əmək və icra intizamı qaydalarına riayət etmək.
2. Bank və kommersiya sirrini qorumaq.
3. Birbaşa rəhbərin və Bank rəhbərliyinin göstərişlərini vaxtında və dəqiq icra etmək.
4. Şöbənin fəaliyyət istiqamətləri üzrə işlərin planlaşdırılmasını, təşkilini və icrasına nəzarəti təmin etmək.
5. Müvafiq sahəyə aid Azərbaycan Respublikasının qanunvericiliyini, həmçinin bankdaxili normativ sənədləri bilmək və tətbiq etmək.
6. Məlumatların keyfiyyətinin idarə edilməsinə nəzarət etmək, məlumat anbarı (DWH) və data analitika sistemlərinin inkişafını təmin etmək.
7. Süni intellekt və maşın öyrənməsi modellərinin hazırlanması və tətbiqi üzrə layihələrə rəhbərlik etmək.
8. Böyük həcmli məlumatların emalı və analitik nəticələrin idarəetmədə tətbiqi üçün müasir yanaşmaların həyata keçirilməsini təmin etmək.
9. Şöbənin əməkdaşlarının fəaliyyətinə rəhbərlik etmək, onların qarşısında qoyulan tapşırıqların icrasına nəzarət etmək.
VƏZİFƏYƏ OLAN TƏLƏBLƏR:
• Ali təhsil (informatika, tətbiqi riyaziyyat, kompüter elmləri və ya müvafiq sahə).
• Verilənlər bazaları ilə işləmək və SQL üzrə yüksək biliklər.
• DWH, Data Engineering və BI ekosistemləri üzrə ən azı 5 il iş təcrübəsi.
• Süni intellekt və maşın öyrənməsi modellərinin hazırlanması, tətbiqi və monitorinqi üzrə təcrübə.
• Python və ya R dillərində proqramlaşdırma bilikləri, müvafiq kitabxanalar (Pandas, NumPy, Scikit-learn, TensorFlow, PyTorch) ilə işləmə bacarığı.
• Data vizuallaşdırma alətləri (Power BI, Tableau və s.) ilə iş təcrübəsi.
• Layihələrin idarə olunması sahəsində bilik və bacarıqlar.
• Menecment və komanda idarəetmə təcrübəsi.
Paylaşılıb
sentyabr 22, 2025
Vakansiya növü
Tam ştat

İrşad ● Biləsuvar, Azərbaycan
04-06-2026
924

2GİS ● Bakı, Azərbaycan
15-06-2026
611

"Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti ● Xankəndi, Azərbaycan
19-06-2026
386

"Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti ● Bakı, Azərbaycan
12-06-2026
2.8K

"Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti ● Şirvan, Azərbaycan
12-06-2026
2.3K