"Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti
Ana səhifə
/
/
/
Rabitəbank-da Yay Təcrübəsi: Data və Bisnes Analitika üzrə

Rabitəbank-da Yay Təcrübəsi: Data və Bisnes Analitika üzrə

Bu gün

242

Təsvir

Rabitəbank olaraq, bank sektorunda karyera qurmaq istəyən gənclər üçün nəzərdə tutulmuş Yay Təcrübə Proqramını təqdim edirik. Bu proqram çərçivəsində iştirakçılar real iş mühiti ilə tanış olacaq, praktiki bilik və bacarıqlara yiyələnəcək, həmçinin peşəkar inkişaflarına töhfə verəcək bir təcrübə əldə edəcəklər.


Proqram müddətində 3 ay ərzində:


  • İştirakçılar real bank layihələri üzərində çalışaraq, yaradıcı və analitik bacarıqlarını inkişaf etdirmək imkanı qazanacaqlar
  • Hər bir təcrübəçiyə təyin edilmiş mentorlar, onların gündəlik fəaliyyətlərinə və layihə tapşırıqlarına dəstək olacaq
  • Proqramı uğurla başa vuran iştirakçılar Rabitəbank tərəfindən rəsmi sertifikat ilə təltif olunacaqlar
  • Təcrübə proqramını müvəffəqiyyətlə tamamlayan iştirakçılar, Rabitəbank-da gələcəkdə daimi iş imkanlarına sahib ola bilərlər

Tələblər

  • Azərbaycan dilində sərbəst ünsiyyət qurmaq bacarığı (mütləqdir)
  •  İngilis və rus dillərində biliklər – üstünlük hesab olunur
  • Güclü komanda ilə işləmək bacarığı
  • Yüksək kommunikasiya və təqdimat bacarıqları
  • Təşəbbüskarlıq və aktivlik
  • Öyrənməyə açıq və inkişaf etməyə motivasiyalı olmaq
  • Sonuncu kurs bakalavr və ya hazırkı magistratura tələbəsi olmaq
  • Rəqəmsal texnologiyalara marağı olan, motivasiyalı namizədlər

Vakansiya haqqında

Son tarix

June 30, 2025

Paylaşılıb

may 21, 2025

Vakansiya növü

Təcrübə

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik