“Rabitəbank” ASC Proseslərin Avtomatlaşdırılması və Rəqəmsallaşma departamentinin Biznes Bankçılığın Rəqəmsallaşma şöbəsində Mütəxəssis/Aparıcı mütəxəssis vəzifəsinə işə qəbul elan edir.
Ölkənin ən iri banklarından biri olan “Rabitəbank” ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.
Vəzifə öhdəlikləri:
- Rəqəmsal mühitdə Hüquqi şəxslər üçün “Məsafədən hesabın açılması” üçün daxil olan müraciətlərin qanunvericiliyə uyğun olaraq yerinə yetirilməsi;
- Rəqəmsal mühitdə bankdaxili prosedura uyğun olaraq müştərilərə yüksək səviyyədə bank xidməti göstərilməsini təmin etmək və bu məqsədlə bankın digər strukturları ilə işin koordinasiyasını təmin etmək;
- Bank və kommersiya sirrini qorumaq;
- İnternet Banking platforması üzrə daxil olan “Əmək haqqı” kart sifarişlərin qəbulu və icra edilməsi;
- Hüquqi şəxs/Fərdi Sahibkarların “Əmək haqqı layihəsi”nə qoşulmasının təmin edilməsi;
- “Abunə” tipli tarif paketlərin aktivləşdirilməsi;
- Rəqəmsal mühitdə “Pos terminal” sifarişlərin qəbulu, təhlili, müvafiq şöbəyə yönləndirilməsi və və icra prosesin izlənilməsi;
- Məsafədən “biznes kart” sifarişlərinin qəbulu və icrasi;
- Digər departamentin əməkdaşları üçün ilkin testlərin aparılması;
- Rəqəmsal mühitdə qarantiya, kredit sifarişlərin qəbul edilməsi, aidiyyatı struktura yönləndirilməsi və icra prosesin izlənilməsi;
- Texniki tapşırıqların məhsul sahibləri və digər əməkdaşlar ilə müzakirə edilməsi;
- Rəqəmsal mühitdə yeni funksionallığın test olunması və tətbiq olunması;
- Core Banking və İnternet Banking üzrə proseslərin optimallaşdırılması üçün təkliflərin hazırlanması;
- Gördüyü işlər barədə şöbə rəisinə gündəlik hesabat vermək.