"Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti
Ana səhifə
/
/
/
Şəki filialı üzrə Problemli kredit mütəxəssisi

Şəki filialı üzrə Problemli kredit mütəxəssisi

Bu gün

50

Təsvir

“Rabitəbank” ASC Şəki filialı üzrə Problemli kredit mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.


Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

 

Vəzifə öhdəlikləri: 


  •  Nizam-intizam (əmək və icra intizamı) qaydalarına riayət etmək;
  •  Bank və kommersiya sirrini qorumaq;
  •  Birbaşa özününün habelə strukturun fəaliyyətinə aid olan digər vəzifələri həyata keçirmək;
  • Bankın rəhbərliyinin habelə birbaşa rəhbərinin müvafiq struktur şöbənin fəaliyyəti ilə bağlı göstərişlərini yerinə yetirmək;
  • Özünün çalışdığı müvafiq sahəyə aid olan Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərini, eləcə də Bankdaxili normativ sənədləri (qayda, təlimatlar, siyəsətlər və s.) bilmək və onlara riayət etmək;
  •  Kreditlərin ödənişində qrafıkdən kənarlaşmış və YŞ-nə təqib üçün verilmiş işlərin Təqibinin davam etdirilməsi üçün YŞ-i əməkdaşının nəzarətinə keçmiş işlərlə bağlı müştərilərlə əlaqə saxlamaq, gecikmənin aradan qaldırılması ilə bağlı danışıqların aparılması, sistemdə müəyyən qeydlərin aparılması, lazımi tədbirlərin görülməsi;
  • Məhkəmə prosesində olan işlərlə bağlı müştərilər ilə əlaqə saxlanılması, borcun ödənilməsi məqsədi ilə hər hansı bir razılaşmanın əldə olunmasını və ödənişlərin aparılması istiqamətində köməklik göstərilməsi,
  • Məhkəmə qərarı qüvvəyə mindiyi zaman işin icraya yönəlməsinə nəzarət etmək və qüvvəyə minmiş məhkəmə orqanlarının qərarların icrası ilə bağlı icra orqanlarında Bankın adından çıxış etmək;
  • İcraatında olan icra işinin gedişatma nəzarət etmək, o cümlədən aylıq ödənişlərə nəzarət etmək, lazım olan məktub və sorğular hazırlamaq, ASBANK proqramında müvafiq qeydlərin aparılmasını təmin etmək, borclularla mütəmadi əlaqə saxlamaq;
  • Məhkəmə qərarına əsasən tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldiyi halda əmlaka baxış keçirmək, həmin əmlakın qiymətləndirilməsi üçün icra şöbəsi tərəfindən müvafiq qiymətləndirici şirkətə sifarişin göndərilməsinə, Qiymətləndirici şirkət tərəfindən əmlakın qiymətləndirilməsinin keçirilməsinə və real bazar qiymətlərinə uyğun olmasına, Qiymətləndirici şirkət tərəfindən təqdim olunan hesab-faktura əsasında qiymətləndirilmə ilə bağlı xərclərin Bank tərəfindən vaxtı-vaxtında ödənilməsinə, Qiymətləndirici şirkət tərəfindən əmlaka qoyulmuş qiymətin real bazar qiymətlərindən fərqləndi’'i halda, yenidən qiymətləndirilmənin aparılması üçün məhkəməyə müraciət edilməsi üçün tədbirlər həyata keçirmək;
  •  Bankdaxili qayda və təlimatları, eləcə də Mərkəzi Bankın normativ sənədlərini bilmək və onlara riayət etmək.

Tələblər

Tələblər :

  •  Ali təhsil;
  •  21- 35 yaş aralığı;
  •  Problemli kreditlər üzrə 2 il iş təcrübəsi;
  •  Tələbkar, obyektiv, məsuliyyətli, çevik olmalı;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
  •  Stress altında işləmək və çətin vəziyyətlərin həlli yollarının müəyyən etmək qabiliyyəti.


Vakansiya haqqında

Son tarix

November 4, 2025

Paylaşılıb

sentyabr 25, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya here

Maliyyə, Biznes və idarəetmə