Bu gün
15
Əsas vəzifə və öhdəliklər
• Təyin olunmuş mətbəx bölməsində (isti mətbəx, soyuq mətbəx, qəlyanaltılar, şirniyyat və s.) gündəlik əməliyyatları həyata keçirmək;
• Yeməklərin reseptlərə, təqdimat standartlarına və keyfiyyət tələblərinə uyğun hazırlanmasını təmin etmək;
• Chef de Partie-nin göstərişlərinə uyğun olaraq məhsulların hazırlanmasını və servisə hazır vəziyyətə gətirilməsini təmin etmək;
• Xammal və məhsulların düzgün saxlanılmasına, istifadəsinə və rotasiyasına (FIFO) nəzarət etmək;
• Qida tullantılarının minimuma endirilməsi və məhsullardan səmərəli istifadə olunmasını təmin etmək;
• Təyin edilmiş iş sahəsinin təmiz, səliqəli və sanitariya qaydalarına uyğun saxlanılmasını təmin etmək;
• Qida təhlükəsizliyi və gigiyena qaydalarına tam riayət etmək;
• Mətbəx avadanlıqlarından düzgün istifadə etmək və hər hansı nasazlıq barədə rəhbərliyə məlumat vermək;
• Məhsul ehtiyatlarının səviyyəsini izləmək və çatışmazlıqlar barədə Chef de Partie-yə məlumat vermək;
• Yeni əməkdaşların və təcrübəçilərin iş prosesinə uyğunlaşmasına dəstək göstərmək;
• Qonaqların xüsusi qida tələblərini və allergiya ilə bağlı məlumatları nəzərə almaq;
• Digər mətbəx əməkdaşları ilə koordinasiyalı işləyərək sifarişlərin vaxtında hazırlanmasını təmin etmək;
• Otelin və şirkətin siyasət, prosedur və standartlarına riayət etmək;
• Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və təhlükəsizlik qaydalarına əməl etmək.
Tələblər
• Kulinariya və ya qida istehsalı sahəsində peşə təhsili;
• Otel və ya restoran mətbəxində minimum 2-3 il iş təcrübəsi;
• Beynəlxalq və yerli mətbəx üzrə əsas biliklər;
• Qida təhlükəsizliyi və sanitariya standartları üzrə biliklər;
• Komanda ilə işləmək bacarığı;
• Vaxtın idarə olunması və yüksək iş intizamı;
• Gərgin iş şəraitində effektiv işləmək bacarığı;
• Məsuliyyətli, çevik və öyrənməyə açıq olmaq;
• Azərbaycan dili biliyi mütləqdir, ingilis dili biliyi üstünlük hesab olunur.
Təminatlar:
· İş yeri: ŞUŞA şəhəri
· Həftənin 1-ci və 5-ci günlərində servis avtobusu təşkil olunur.
· Gündə 3 dəfə qıdalanma şirkət tərəfindən qarşılanır
· Könüllü Tibbi Sığorta
· Yaşayış yeri
Son tarix
July 11, 2026
Paylaşılıb
iyun 11, 2026
Vakansiya növü
Tam ştat
Təcrübə
3-4 il
Vəzifə dərəcəsi
Mütəxəssis
Təhsil
Orta təhsil

İrşad ● Biləsuvar, Azərbaycan
04-06-2026
260

Starex Global ● Bakı, Azərbaycan
14-05-2026
1.3K
Shusha Hotel Company ● Şuşa, Azərbaycan
Bu gün
13
Shusha Hotel Company ● Şuşa, Azərbaycan
Bu gün
12