S
Ana səhifə
/
/
/
Gəlirlər üzrə mühasib (AR&Income Auditor)

Gəlirlər üzrə mühasib (AR&Income Auditor)

29-07-2026

289

Təsvir

 · Otelin gəlirlərinin düzgün və dəqiq uçotunun aparılmasını təmin etmək.

· Gəlir hesablarının müvafiq sənədlərlə əsaslandırılmasını və gəlirlərin maliyyə uçotunda düzgün əks etdirilməsini təmin etmək.

· Sənədləşmədə hər hansı nöqsanın, qanunvericiliyə və daxili prosedurlara zidd halların olmamasını təmin etmək.

· Maliyyə sənədlərində sənədləşdirilməmiş heç bir istisna və ya düzəliş əməliyyatının qeydə alınmamasını təmin etmək.

· MICROS sistemindən çıxarılan gündəlik məlumatların hər bir restoranın hesabatları ilə uyğunluğunu gündəlik yoxlamaq.

· Qida və İçki (F&B) departamentinə aid bütün restoranlara nəzarət etmək, hər bir dolu masaya uyğun hesabın (check) açılmasını, təqdim olunan bütün məhsulların hesaba düzgün əlavə edilməsini və bütün qonaqların sistemdə düzgün qeydiyyata alınmasını təmin etmək.

· Sistemdə ləğv edilmiş (Void) və etibarsız sayılmış (Invalid) hesab-fakturaların əsaslandırılmasını və müvafiq sənədlərlə təsdiqlənməsini təmin etmək.

· Kredit limitini aşan müştərilər üzrə hesabatları gündəlik nəzərdən keçirmək və Front Office tərəfindən saxlanılan kredit sənədlərinin mütəmadi auditini aparmaq.

· Front Office tərəfindən hazırlanmış əvvəlki günlərə aid "Revenue and Expenses" hesabatlarını gündəlik yoxlamaq.

· Xəzinədar/Kassirlə birlikdə bütün nağd pul daxilolmalarını, kredit kartı əməliyyatlarını, səyahət çeklərini və debitor borclarını kassa jurnalı ilə üzləşdirmək.

· Otelin kredit siyasətini tam şəkildə bilmək və ona uyğun fəaliyyət göstərmək.

· Bütün qrup rezervasiyalarının imzalanmış müqavilələrə uyğun aparılmasını təmin etmək.

· Korporativ müştərilər üzrə məlumat bazasını mütəmadi və aktual vəziyyətdə saxlamaq.

· Alınmış bütün depozitlər və avans ödənişləri üzrə dəqiq uçot aparmaq.

· Müştərilərə zəruri məlumatları vaxtında təqdim etmək və müştəri münasibətlərinə təsir göstərə biləcək mövcud və ya gözlənilən problemlər barədə rəhbərliyi məlumatlandırmaq.

· Ayda iki dəfə keçirilən kredit komitəsi iclaslarında iştirak etmək, iclas protokollarını hazırlamaq və hotel rəhbərliyinə təqdim etmək.

· Bütün hesab-fakturaların və proforma hesab-fakturaların təsdiqedici sənədlərlə birlikdə müştərilərə vaxtında göndərilməsini təmin etmək.

· Zərurət yarandıqda yeni müştəri hesabları açmaq.

· Ay sonu bağlanış və hesabat prosedurlarına tam riayət etmək.

· Vaxtı keçmiş debitor borcları olan şirkətlər üzrə dəqiq və aktual uçot aparmaq.

Tələblər

Tələblər:

§ Vaxtında işdə olmaq və gecikməyə yol verməmək.

§ Hər zaman müvafiq uniformanın geyilməsi və fərdi ad nişanının taxılması kimi öhdəlikləri yerinə yetirmək.

§ Xarici görünüş və gigiyena ilə bağlı ən yüksək standartları təmin etmək və otelin, habelə şöbənin şəxsi qulluq standartlarına riayət etmək.

§ Həmkarlar və bütün digər şöbələrlə normal iş münasibətlərini qoruyub saxlamaq.

§ Növbələrin effektli dəyişməsinin təmin edilməsi üçün yaxşı ünsiyyət saxlamaq və növbəni vaxtında qəbul etmək.

§ Otelin müəyyən edilmiş daxili qayda və təlimatları, xüsusən də yanğınsöndürmə, gigiyena, sağlamlıq və texniki təhlükəsizliklə bağlı siyasət və prosedurlarını başa düşmək və onlara ciddi riayət etmək.

§ Ölkənin qanunvericiliyinə riayət etmək.

§ Otelin ehtiyaclarına müvafiq olaraq tələb olunduqda, şöbədə hər hansı dəyişikliklərə reaksiya vermək.

§ Çevik olmaq və iş səlahiyyətləri çərçivəsində verilən göstərişlərə əsasən, digər müvafiq öhdəlik və vəzifələri yerinə yetirmək üçün öz vəzifə öhdəliklərini genişləndirmək, o cümlədən tələb olunduğu hallarda, digər şöbələrə və sahələrə keçmək, biznes ehtiyacları və qonaqlara xidmətlərin göstərilməsi ilə bağlı tələblərə cavab vermək.

§ Tələb olunduqda, təlim sessiyaları və toplantılarda iştirak etmək.

§ Təyin edilmiş digər müvafiq vəzifə və öhdəlikləri yerinə yetirmək.

§ Otelin Dəyərlərini nümayiş etdirmək və möhkəmləndirmək.


Təminatlar:

·       İş yeri: ŞUŞA şəhəri

·       Həftənin 1-ci və 5-ci günlərində servis avtobusu təşkil olunur.

·       Gündə 3 dəfə qıdalanma şirkət tərəfindən qarşılanır

·       Könüllü Tibbi Sığorta

·       Yaşayış yeri

Vakansiya haqqında

Son tarix

August 28, 2026

Paylaşılıb

iyul 29, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

3-4 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə