S
Ana səhifə
/
/
/
Maliyyə üzrə Direktor (Şuşa şəhəri)

Maliyyə üzrə Direktor (Şuşa şəhəri)

Bu gün

287

Təsvir

·  Bütün satış və satınalmaları, maaşların verilməsini və mehmanxananın xərclərini izləyir və təsdiq edir.

·  Daxili yoxlamaların dəyərini və faydalarını mehmanxana işçilərinə və rəhbər heyətə başa salmaq və onlara bu sahədə məsləhətlər verə bilmək və mehmanxananın səmərəli fəaliyyətinə nail olmaq məqsədilə mehmanxana əməliyyatlarına aid maliyyə məlumatlarını təhlil edir. Maliyyə məlumatlarının başa düşülməsində bütün şöbələrin başçılarına yardım edir, onlara bu mövzuda və rentabelliyin maksimal həddə çatdırılmasına istiqamətlənmiş fəaliyyət kursu barədə onlara məsləhətlər verir.

·  Otelin maliyyə büdcələrinin hazırlanması və idarə olunması.

·  Maliyyə təhlili hesabatlarına cavabdeh olmaq.

·  Otelin yerli vergi orqanının tələblərinə uyğunluğuna cavabdeh olmaq.

·  Strateji məqsədlərə nail olmaq üçün Baş Menecerə dəstək olmaq və onunla əlaqə saxlamaq.

·  İllik büdcələrin, aylıq proqnozların, əməliyyat nəticələrinin hazırlanması və nəzərdən keçirilməsinə cavabdeh olmaq.

·  Bütün maliyyə hesabatlarının yoxlanılması və bütün əməliyyatların düzgün və yerli qanunvericilik qaydalarına uyğun olmasının təmin edilməsinə cavabdehdir.

·  Müdiriyyət hesabatlarını vaxtı-vaxtında hazırlamasını və tələb olunduğu müddətdə göndərilməsini təmin etmək.

·  Bütün maliyyə qayda və prosedurlarını effektiv şəkildə həyata keçirilməsini təmin etmək.

·  Aktivlərimizi qorumaq üçün güclü mühasibatlıq və əməliyyat nəzarət mühitini təmin etmək.

·  Xərclərə nəzarət tələblərinə görə proaktiv yardım etmək.

·  Gəlirləri təkmilləşdirmək imkanlarında yardım emək.

Tələblər

  • Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat üzrə ali təhsil;
  • Maliyyə sahəsində minimum 8 il, Hospitality sektorunda minimum 5 il iş təcrübəsi;
  • Rəhbər vəzifədə idarəetmə təcrübəsi;
  • Büdcələşdirmə, maliyyə planlaşdırılması və hesabatların təhlili üzrə biliklər;
  • P&L, Cash Flow və Cost Control üzrə təcrübə;
  • MS Excel və ERP sistemləri üzrə yüksək biliklər, əsasən 1C, SAP;
  • İngilis dilini sərbəst bilmək;
  • ACCA, CPA və ya CIMA sertifikatları üstünlükdür;
  • Liderlik, analitik düşüncə və qərarvermə bacarıqları.


Təminatlar:

  • Şirkət tərəfindən yaşayış yeri ilə təmin olunma;
  • İş yerində nəqliyyat xidməti;
  • Gündə 3 dəfə qidalanma;
  • Sığorta paketi


Vakansiya haqqında

Son tarix

December 17, 2026

Paylaşılıb

noyabr 17, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

9 ildən artıq

Vəzifə dərəcəsi

Direktor

Təhsil

Bakalavr

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə