S
Ana səhifə
/
/
/
Ofisiant ( Şuşa şəhəri - Yasəmən Hotel)

Ofisiant ( Şuşa şəhəri - Yasəmən Hotel)

Bu gün

23

Təsvir

·        Hər zaman müştərilərə eksklüziv, səmimi, nəzakətli və peşəkar xidmətlər təqdim etmək.

·       Qonaqlara qida və içkiləri müəyyən edilmiş icra standartları və İaşə şöbəsi üçün müəyyən edilmiş xidmət ardıcıllığına müvafiq olaraq təqdim etmək.

·       Bütün qonaqlar və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq üçün onların başa çatdırmaq.

·        İaşə şöbəsinin menyusunda olan qida və içkilər haqqında məlumatlı olmaq.

·     İaşə şöbəsini istismar üçün hazırlamaq, o cümlədən ətrafın bəzədilməsi, bədii tərtibat və masaların qurulması, yüngül təmizlik işləri və digər müəyyən edilmiş tapşırıqları yerinə yetirmək.

·        Qonaqların yemək və içki sifarişlərini qəbul etmək, mümkün olduqda, müşayiətedici məhsullar (xidmətlər) satmaq.

·        İaşə şöbəsinin kassa-ödəniş terminalından müəyyən edildiyi kimi istifadə etmək.

·       Bütün satış əməliyyatlarının müvafiq qaydada qeydiyyata alınmasını təmin etmək, İaşə şöbəsində çeklərin buraxılması, ləğv edilməsi və ya onlara düzəlişlər edilməsi üzrə müəyyən edilmiş prosedurlara riayət etmək.

·        Yemək və içkiləri müəyyən edilmiş standartlara müvafiq olaraq təqdim etmək.

·        Masaları təmizləmək və çirkli qabları qabyuma ərazisinə aparmaq.

·        Obyektin açılışı və bağlanışı ilə bağlı təyin edilmiş tapşırıqları yerinə yetirmək.

·       Xüsusi təamlar və içkilərin hazırlanma qaydaları və inqrediyentlərlə bağlı qonaqların xüsusi xahişlərinin yerinə yetirilməsi baxımından tələb olunduqda, çeviklik nümayiş etdirmək.

·        İaşə şöbəsinin meneceri tərəfindən xarici görünüşlə bağlı müəyyən edilmiş təlimatlara riayət etmək.


Tələblər

·        Müvafiq vəzifəsində minimum 1 il iş təcrübəsi

·      Vaxtın idarə olunması bacarıqları

·        Yüksək diqqətlilik və proaktiv yanaşma

·        Təzyiq altında işləmək

·        Orta təhsil


Təminatlar:

·        İş yeri: ŞUŞA şəhəri

·       Həftənin 1-ci və 5-ci günlərində servis avtobusu təşkil olunur.

·       Gündə 3 dəfə qıdalanma şirkət tərəfindən qarşılanır

·       Könüllü Tibbi Sığorta

·       Yaşayış yeri

Vakansiya haqqında

Son tarix

May 7, 2026

Paylaşılıb

aprel 8, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Natamam ali

Kateqoriya

İaşə, Turizm və Otel