S
Ana səhifə
/
/
/
Təsərrüfat üzrə qrup rəhbəri (Shusha Hotel)

Təsərrüfat üzrə qrup rəhbəri (Shusha Hotel)

25-02-2026

431

Təsvir

Təsərrüfat üzrə menecer müavininə şöbənin səmərəli və problemsiz işləməsində kömək etmək və şöbənin əməliyyatlarına dair təlimatda təsvir edilmiş bütün siyasət və prosedurlara ciddi riayət olunduğunu təmin etmək.

Nəzarətçinin qeydiyyat jurnalına gündəlik tədbirləri qeyd etmək və digər nəzarətçilər tərəfindən gündəlik verilən məlumatların icrasının başa çatdırılmasına nəzarət etmək.

Təmir və texniki xidmət işləri üçün Mühəndislik şöbəsinə iş sifarişlərini təqdim etmək.

Təsərrüfat şöbəsinin xidməti işçilərinin hər zaman eksklüziv qonaq xidmətləri göstərməsini təmin etmək.

Bütün qonaqlar və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq üçün onların başa çatdırmaq.

Qonaqlar və həmkarlarla qarşılıqlı anlaşma şəraitində çalışmaq və normal iş münasibətlərini qoruyub saxlamaq.

Xidmətçilərə iş öhdəlik və tapşırıqlar vermək.

Tələblər

Müvafiq vəzifəsində minimum 2 il iş təcrübəsi.

Güclü liderlik, təşkilatçılıq və vaxtın idarə olunması bacarıqları.

Yüksək diqqətlilik və proaktiv yanaşma.

Təzyiq altında işləmək və komandani effektiv idarə etmək bacarığı.

Azərbaycan dilində sərbəst danışıq; ingilis və rus dillərini bilmək üstünlükdür.

Əsas kompüter bilikləri (işçi qrafiklərinin tərtibi və hesabatların hazırlanması üçün).

Orta təhsil və ya Ali təhsil.


Təminatlar:

Yaşayış yeri, gündə 3 dəfə qidalanma və nəqliyyat şirkət tərəfindən təmin edilir.

Vakansiya haqqında

Son tarix

March 27, 2026

Paylaşılıb

fevral 25, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Supervayzer

Təhsil

Orta təhsil

Kateqoriya

Xidmət sahələri