Silk Row Travel
Ana səhifə
/
/
/
Naxçıvan Hava Limanında aviabiletlərin satışı üzrə agent

Naxçıvan Hava Limanında aviabiletlərin satışı üzrə agent

  • Silk Row Travel
  • 5CRW+GVM Naxçıvan Hava Limanı, Şəkərəbad, Azərbaycan
  • Tam ştat

Bu gün

4

Təsvir

Ø Aviabiletlərin bronlaşdırılması, yer təxsisi və satışını həyata keçirmək;

Ø Aviabiletlərin satışı zamanı tarif və yığımları düzgün tətbiq etmək;

Ø Sərnişinlərə aviabiletlərin qiymətləri, reyslər, daşıma qaydaları və xidmətlər barədə düzgün və dolğun məlumat vermək;

Ø Sərnişinlərin tələbatına uyğun aviabiletləri təqdim etmək və satış prosesini operativ şəkildə həyata keçirmək;

Ø Aviabiletlərin sərnişinin iştirakı və şəxsiyyəti təsdiq edən sənəd əsasında rəsmiləşdirilməsini təmin etmək;

Ø Sərnişinlərə növbə ardıcıllığına uyğun, nəzakətli və keyfiyyətli xidmət göstərmək;

Ø Aviabiletlərin satışı və rəsmiləşdirilməsi zamanı müəyyən edilmiş prosedur və qaydalara riayət etmək;

Ø Ödənişləri düzgün və tam qəbul etmək və müvafiq satış sənədlərini rəsmiləşdirmək;

Ø Sərnişinlərə satışdan əvvəl və sonra aviadaşıma ilə bağlı zəruri məlumat və izahları vermək;

Ø Əmək intizamına və iş qrafikinə riayət etmək.

Tələblər

Yalnız xanım namizədlər üçün


Dil biliyi:

-         Azərbaycan dili-əla,

-         Rus və İngilis dili arzu olunandır;

-         Yaş 22-30, yalnız xanım namizədlər üçün

-         Orta (orta ixtisas, ali ) təhsilli və ya xüsusi əlavə hazırlıq keçmiş, bu sahədə ən azı 1 illik iş stajına malik olması arzu olunandır.


Kompüter biliyi:

 

-      MS Office standart kompüter proqramları (Outlook, Word və ya Excell);

 

Bacarıq və şəxsi keyfiyyətlər:

-         İşgüzar ünsiyyət və yazışmalar etikası;

-         Kollektivdə işləmək bacarığı;

-         Səliqəlilik;

-         Məsuliyyət;

-         Stresə davamlılıq;

-         Diqqətlilik;

-         Dəqiqlik;

-         İnsanlarla işləmək bacarığı.


İŞ QRAFİKİ:

-      2 növbəli     1-ci növbə saat 08:00-dan – saat 20:00-dək,

                     2-ci növbə saat 20:00-dan – saat 08:00-dək

(ardıcıl davam edən 2 (iki) iş günü və onun ardınca gələn 2 (iki) istirahət günlərindən ibarətdir)


ƏMƏK HAQQI:

-         Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq.


Əlaqə: [email protected]


Vakansiya haqqında

Son tarix

September 25, 2026

Paylaşılıb

avqust 26, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Satış və müştəri xidmətləri