Silk Row Travel
Ana səhifə
/
/
/
Naxçıvan Hava Limanında növbə rəisi

Naxçıvan Hava Limanında növbə rəisi

  • Silk Row Travel
  • 5CRW+GVM Naxçıvan Hava Limanı, Şəkərəbad, Azərbaycan
  • Tam ştat

08-10-2026

343

Təsvir

(yalnız bəy namizədlər üçün)


Ø Növbə əməkdaşlarının fəaliyyətinə, iş intizamına və vəzifə öhdəliklərinin düzgün icrasına nəzarət etmək;

Ø İşçilər arasında iş bölgüsünü aparmaq, gündəlik tapşırıqları çatdırmaq və icrasını təmin etmək;

Ø Sərnişinlərə yüksək səviyyədə xidmət göstərilməsinə, növbə qaydalarına və xidmət standartlarına riayət olunmasına nəzarət etmək;

Ø Aviabiletlərin bronlaşdırılması və satışı, tariflərin və yığımların düzgün tətbiqi, ödənişlərin qəbulu və daşıma sənədlərinin rəsmiləşdirilməsinə nəzarət etmək;

Ø Hesabatların vaxtında hazırlanmasını və vəsaitlərin təhvil verilməsini təmin etmək;

Ø İşçilərə gündəlik təlimatların verilməsini, geyim qaydalarına, iş qrafikinə və şirkətin daxili prosedurlarına riayət olunmasını təmin etmək;

Ø Növbənin iş prosesində yaranan çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görmək və rəhbərliyə məlumat vermək;

Ø Sərnişinlərin tələblərinə uyğun uçuş marşrutları və sərfəli variantlar təklif edilməsinə nəzarət etmək;

Ø Kollektivdə işgüzar mühitin və qarşılıqlı əməkdaşlığın təmin edilməsində iştirak etmək.


İŞ QRAFİKİ:

-      2 növbəli     1-ci növbə saat 08:00-dan – saat 20:00-dək,

                     2-ci növbə saat 20:00-dan – saat 08:00-dək

(ardıcıl davam edən 2 (iki) iş günü və onun ardınca gələn 2 (iki) istirahət günlərindən ibarətdir)

ƏMƏK HAQQI:

-         Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq.

İŞ YERİ:

-      Naxçıvan Beynəlxalq Hava Limanı

Əlaqə: [email protected]

Tələblər

Dil biliyi:

-         Azərbaycan dili-əla,

-         Rus və İngilis dili arzu olunandır;

-         Yaş 25-40, yalnız bəy namizədlər üçün

-         Ali təhsilli və idarəetmə sahəsində ən azı 2 illik iş təcrübəsi.


Kompüter biliyi:

 

-      MS Office standart kompüter proqramları (Outlook, Word və ya Excell);

 

Bacarıq və şəxsi keyfiyyətlər:

-         İşgüzar ünsiyyət və yazışmalar etikası;

-         Kollektivdə işləmək bacarığı;

-         Səliqəlilik;

-         Məsuliyyət;

-         Stresə davamlılıq;

-         Diqqətlilik;

-         Dəqiqlik;

-         İnsanlarla işləmək bacarığı.


Vakansiya haqqında

Son tarix

November 7, 2026

Paylaşılıb

oktyabr 8, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Satış və müştəri xidmətləri