S
Ana səhifə
/
/
/
Aparıcı mütəxəssis – İstehsalın təşkili və sifarişlərin icrasına nəzarət şöbəsi

Aparıcı mütəxəssis – İstehsalın təşkili və sifarişlərin icrasına nəzarət şöbəsi

22-07-2025

479

Təsvir

  • İstehsal proseslərinin ardıcıllığını və fasiləsizliyini təmin etmək üçün resursların (işçi qüvvəsi,avadanlıqlar,xammal və komponentlər) optimal planlaşdırmasını həyata keçirmək
  • İllik,rüblük və aylıq hazırlanmış istehsal planlarının icrasına nəzarət etmək
  • Qrafikdən yayınmaların qarşısını almaq üçün istehsalat proseslərində çevik düzəlişlər etmək və alternativ planlar hazırlamaq
  • İstehsal güclərinin yüklənmə dərəcəsini və istehsalatın effektivliyini monitorinq etmək
  • Mövcud texnoloji xəritələrin və əməliyyat təlimatlarının təkmilləşdirilməsi

·      Yeni texnoloji proseslərin tətbiqini və sınaqlarını təşkil etmək,onların sənədləşməsini təmin etmək

·      Texnoloji intizamın və standartların (QOST,İSO və s.) istehsalatda icrasına nəzarət etmək

·      İstehsalat proseslərində məhsuldarlığın artırılması və xərclərin azaldılması üçün müəyyən metodologiyalar üzrə tədbirlər görmək

·      Keyfiyyətə nəzarət şöbəsi ilə birgə məhsulun spesifikasiyalara və normativ texniki sənədlərə uyğunluğunu yoxlamaq

  • İstehsalatda aşkarlanan keyfiyyət problemlərinin analizi və onların qarşısının alınması üçün korrektiv və preventiv tədbirlər hazırlamaq
  • İstehsal üçün tələb olunan xammal,material və komponentlərin vaxtında və keyfiyyətli təmin edilməsini təşkil etmək üçün təchizat və logistika bölmələri ilə koordinasiyanı təmin etmək
  • Material ehtiyatlarını optimallaşdırmaq,minimum ehtiyyat səviyyəsini müəyyən etmək və ehtiyatların tükənməsinin qarşısını almaq

·      İstehsalatda potensial riskləri müəyyən etmək,onların təhlilini aparmaq və risklərin azaldılması üzrə tədbirlər planı hazırlamaq

·      Əmək təhlükəsizliyi sahəsində beynəlxalq standartların tələblərinə uyğun olaraq təhlükəsizlik tədbirlərinin icrasına nəzarət etmək

·      İstehsal göstəricilərinin (məhsuldarlıq,keyfiyyət göstəriciləri və s.) analizi və optimallaşdırılması üçün analitik hesabatlar hazırlamaq

  • İstehsalat sahəsində çalışan mühəndis və texniki heyyətin fəaliyyətini koordinasiya və idarə etmək
  • Komanda daxilində əməkdaşlığı və kommunikasiya mədəniyyətini inkişaf etdirmək

 

Tələblər

Təhsil pilləsi: Bakalavr (Magistr dərəcəsi olması arzu olunandır)

Təhsil ixtisası: Mexanika,Texnoloji maşınlar və avadanlıqlar,Metallurgiya,Sənaye mühəndisliyi  və ya əlaqəli sahələr üzrə)

İş təcrübəsi: Minimum 3 il istehsalat təcrübəsi

 

Dil bilikləri: Azərbaycan dili,İngilis dili (Rus dili arzuolunandır)

 

Kompüter bilikləri: Microsoft office proqramları (əsasən Excel),Power BI vizuallaşdırma proqramı

Digər zəruri tələblər: İşin tələbinə uyğun olaraq regionlara ezam olunma imkanı olmalıdır


VƏZİFƏNİN TƏLƏB ETDİYİ SƏRİŞTƏLİLİKLƏR:


İstehsalat proseslərinin idarə olunması,texnoloji xəritələrin hazırlanması üzrə biliklər

Analitik düşünmə bacarığı və komanda ilə işləmə qabiliyyəti

Müasir istehsal avadanlıqları (CNC,müxtəlif növ texnoloji avadanlıqlar və s.) və texnologiyaları üzrə biliklər

Avtomatlaşdırlmış idarəetmə sistemləri və ERP proqram təminatları üzrə təcrübə

Problem həll etmə bacarıqları


Vakansiya haqqında

Son tarix

August 31, 2025

Paylaşılıb

iyul 22, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər