“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununu, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını və bu standartlara əsasən mühasibat uçotunun aparılması qaydalarını, maliyyə, vergi və digər hesabatların tərtib edilməsi qaydasını bilməli;
Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin etmək;
İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin icra edilməsinə nəzarət sisteminin qurulması;
Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi;
Debitor və kreditor borcların uçotunun aparılmasına nəzarət;
Kreditor və debitorlar ilə üzləşmələrin aparılmasına nəzarət;
Əmək haqqı, məzuniyyət və ezamiyyənin hesablanmasına və icrasına nəzarət;
Gəlir və xərclərin uçotunun aparılması;
Vergi risklərinə nəzarət olunması və bununla bağlı müvafiq tədbirlərin görülməsini təmin etmək;
Vergi orqanına hesabatların hazırlanması və təqdim edilməsi (Vahid bəyannamə,ÖMV,ƏDV).
Tələblər
Təhsil pilləsi (minimum): Bakalavr (magistr dərəcəsi arzu olunandır);
Təhsil ixtisası: Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə;
İş təcrübəsi: müvafiq sahədə 5 il iş təcrübəsi, müvafiq vəzifə üzrə 3 il (istehsalat sahəsində təcrübəsi olanlara üstünlük veriləcək);
Dil bilikləri: Azərbaycan dili (ingilis və rus dili arzuolunandır);
Kompüter bilikləri: Peşəkar səviyyədə Microsoft office proqramları (əsasən Excel) və 1C 8.3.
Digər zəruri tələblər:
Mühasibat uçotu üzrə beynəlxalq sertifikatların mövcudluğu (ACCA F3,F7 və s.);
Peşəkar mühasib sertifikatının (PMS MHBS) olması mütləqdir;