S
Ana səhifə
/
/
/
SƏTƏM üzrə mütəxəssis \ aparıcı mütəxəssis

SƏTƏM üzrə mütəxəssis \ aparıcı mütəxəssis

Dünən

123

Təsvir

·      İstehsalatda sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi, təhlükəli və zərərli istehsalat amillərinə nəzarətin təşkil olunması

·      Şöbənin rəhbərinin tapşırıqlarının vaxtında həyata keçirilməsi və nəzarəti.

·      İş şəraiti nəzərə alınmaqla qiymətləndirilən müvafiq risklərin səviyyəsinin azaldılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi.

·      İstehsal proseslərində avadanlıq və qurğuların təhlükəsiz istismarına nəzarət etmək.

·       Zavod ərazisində sağlamlığın qorunması, əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə problemləri aşkarlamaq və şöbə rəhbərinə bildirmək.

·      Zavodun işçi heyətinin sağlamlığının qorunması, əməyin mühafizəsi və texniki təhlükəsizlik, mülki müdafiə və yanğın təhlükəsizliyi, həmçinin, ətraf mühitin mühafizəsi üzrə Azərbaycan Respublikasının qanunvericiliyinin və zavodda tətbiq olunan beynəlxalq standartların, Zavoddaxili aidiyyəti normativ sənədlərin tələblərinə əməl edilməsinə nəzarət etmək

·      Şöbənin fəaliyyət istiqamətləri üzrə aşkara çıxarılmış aidiyyəti çatışmazlıqların aradan qaldırılması üzrə tədbirlərin işlənib-hazırlanmasında iştirak etmək, bu barədə aidiyyəti üzrə SƏTƏMM şöbə rəhbərini məlumatlandırmaq.

·      Zavodun istehsalat sahələrində ətraf mühitə təsirlərin əvvəlcədən qiymətləndirilməsi üzrə işlərin təşkili və nəticələrin şöbə rəhbərinə çatdırılmasını təmin etmək.

  • Səlahiyyətləri çərçivəsində sağlamlığın qorunması, əməyin mühafizəsi və texniki təhlükəsizlik, mülki müdafiə və yanğın təhlükəsizliyi, ətraf mühitin mühafizəsi sahələrinin təkmilləşdirilməsi istiqamətində rəhbərliyə təkliflər vermək
  • Fövqəladə hallara hazırlıq təlimləri, məşqləri keçirilməsində və fəaliyyət planı ilə birlikdə fövqəladə hallara hazırlıq məşqlərində iştirak etmək.
  • Əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək

·      Əməyin mühafizəsi üzrə sahələrdə gündəlik qiymətləndirmələr aparmaq.

·      Cavabdeh olduğu sex və ərazidə işlərin təhlükəsiz görülməsinə nəzarət etmək.

·      Vaxtdaşırı SƏTƏMM şöbə rəhbəri ilə toplantılarda iştirak etmək zavodda olan problemlərin aradan qaldırılması üçün tədbirləri müzakirə etmək.

·      SƏTƏMM üzrə həftəlik və aylıq hesabatların hazırlanıb şöbə rəhbərinə göndərilməsinin təşkil edilməsi və aşkarlanmış uyğunsuzluqlarla bağlı qiymətləndirmələrin aparılması.


Tələblər

Təhsil pilləsi (minimum)

Bakalavr

Təhsil ixtisası

(Sağlamlıq və Təhlükəsizlik, Kimya, Mexanika və ya Sənaye Mühəndisliyi, Fövqəladə hallar üzrə üstünlük verilir) 

İş təcrübəsi (minimum)

SƏTƏM sahəsi üzrə 3 il

(istehsalat təcrübəsinin olması arzu olunandır)

Dil bilikləri

Azərbaycan dili, (Rus dilidə arzuolunandır)

Kompüter bilikləri

Peşəkar səviyyədə Microsoft office proqramları, Word, Exel, Power point.

Digər zəruri tələblər

  • SƏTƏM üzrə sənəd, formaların hazırlama bacarığı
  • Yüksək psixaloji dayanıqlılıq
  • İşçi heyyətini anlama və onlarla davranış bacarığı
  • Şöbə və bölmə rəhbəri ilə əlaqə yaratma və birlikdə işləmə bacarığı.

Vakansiya haqqında

Son tarix

October 27, 2025

Paylaşılıb

sentyabr 17, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya here

Digər