S

Hüquqşünas

  • Spark Consulting
  • Xətai rayonu, 1212-ci məhəllə, 8 Noyabr prospekti 15. Azure Biznes Mərkəzi, 13 mərtəbə, ofis 86
  • Tam ştat

Dünən

62

Təsvir

Vəzifə öhdəlikləri:


Hüquqi məsləhət və rəylərin hazırlanması:

  • Şirkətə daxil olan sifariş və sorğuları rəhbərliyin müəyyən etdiyi iş bölgüsünə əsasən təhlil etmək;
  • Müştərilərə peşəkar şəkildə şifahi hüquqi məsləhətlər vermək;
  • Yazılı hüquqi rəylər hazırlamaq və rəhbərliklə razılaşdırdıqdan sonra müştərilərə təqdim etmək.

Daxili sənədlərlə iş:

  • Şirkətin daxili sənədlərinin hazırlanmasında iştirak etmək və hüquqi məsləhətlər vermək;
  • Sənədlərin sistemləşdirilməsi və arxivləşdirilməsini təşkil etmək.

Rəsmi yazışmaların aparılması:

  • Dövlət orqanlarına və digər təşkilatlara göndəriləcək məktubların hazırlanması və göndərilməsini təmin etmək;
  • Şirkətə daxil olan məktub və sorğulara cavabların tərtibi.

Müqavilələrin hüquqi ekspertizası:

  • Müqavilə və digər hüquqi əqdlərin layihələrinin hazırlanması;
  • Müştərilər və ya onların qarşı tərəfləri tərəfindən təqdim olunan müqavilə layihələrinin hüquqi ekspertizasını aparmaq və rəy vermək;
  • Müqavilə şərtlərinin Azərbaycan Respublikasının qanunvericiliyi və beynəlxalq müqavilələrə uyğunluğunu təhlil etmək və uyğunlaşdırmaq;
  • Müqavilələrin bağlanması və hüquqi qeydiyyat prosesi üzrə hüquqi dəstək göstərmək;
  • Müqavilələr üzrə yazılı və şifahi danışıqlarda iştirak etmək.

Qanunvericilik araşdırmaları:

  • Verilmiş sorğu və tapşırıqlar üzrə müvafiq qanunvericiliyi araşdırmaq və hüquqi rəy bildirmək.

Digər tapşırıqlar:

  • Rəhbərlik tərəfindən verilmiş digər gündəlik tapşırıqları vaxtında və dəqiq şəkildə icra etmək.


Tələblər

  • Hüquq ixtisası üzrə ən azı bakalavr dərəcəsi (magistr dərəcəsi üstünlük təşkil edir);
  • Hüquq sahəsində minimum 3 il peşəkar iş təcrübəsi;
  • Mülki, əmək, maliyyə, inzibati, vergi və korporativ hüquq sahələrində dərin biliklərə malik olmaq;
  • Azərbaycan və ingilis dillərində sərbəst və səlis danışmaq, həmçinin yazılı hüquqi sənədləri peşəkar şəkildə hazırlamaq bacarığı;
  • Hüquqi layihələrin hazırlanması, hüquqi təhlil aparmaq və danışıqlarda iştirak etmək bacarığı.

Vakansiya haqqında

Son tarix

September 13, 2025

Paylaşılıb

avqust 4, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

3-4 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Hüquq