Starex Global

Python Developer

  • Starex Global
  • 1/25 Əhməd Rəcəbli, Bakı, Azərbaycan
  • Tam ştat

16-12-2024

295

Təsvir

Python Developer olaraq siz, süni intellekt yönümlü layihələrimiz üçün xüsusi həllər hazırlayacaq, dataset-lər toplayıb emal edəcək, Yolov8 modelləri ilə işləyəcək və Qt, Pyside kimi kitabxanalardan istifadə edərək vizual interfeyslər quracaqsınız. Sizin rolunuz həmçinin yeni AI modellərinin təlimində iştirak etmək, mövcud modellərin optimallaşdırılması, inteqrasiyası və yüksək performanslı sistemlərin yaradılmasını əhatə edəcək.


Vəzifə öhdəlikləri:


  • Python dilində yüksək səviyyədə kod yazmaq və tətbiqlərin inkişaf etdirilməsi.
  • Qt və Pyside kitabxanalarını istifadə edərək istifadəçi interfeyslərinin hazırlanması.
  • Yolov8 əsasında görüntü tanıma və obyekt aşkar edilməsi modellərinin qurulması, təlimi və inteqrasiyası.
  • Dataset-lərin toplanması, təmizlənməsi və hazırlanması, model təlim prosesini optimallaşdırmaq üçün uyğun giriş məlumatlarının təmin edilməsi.
  • Süni intellekt modellərinin təlimi, test edilməsi, nəticələrin analiz edilməsi və performansın artırılması yollarının təklif edilməsi.
  • Mövcud kod bazasının optimallaşdırılması, sənədləşdirilməsi və komanda daxilində “best practice” qaydalarının tətbiqi.
  • Yeni texnologiyaların araşdırılması və layihələrə innovativ həllərin gətirilməsi.


Tələblər

  • Python dilində ən azı 3 illik peşəkar təcrübə.
  • Qt və ya Pyside kitabxanaları ilə istifadəçi interfeyslərinin hazırlanmasında təcrübə.
  • Yolov8 və digər kompüter görməsi modellərinin qurulması, təlimi və inteqrasiyası sahəsində təcrübə.
  • Dataset-lərin hazırlanması, annotasiyası və modellərin təlimi üçün optimallaşdırılması üzrə praktiki bacarıqlar.
  • AI, Machine Learning, Deep Learning metodologiyaları haqqında möhkəm nəzəri və praktiki biliklər.
  • Git kimi versiya nəzarət sistemlərindən effektiv istifadə bacarığı.
  • Komanda ilə səmərəli ünsiyyət, analitik düşüncə tərzi və problemi həll etmə bacarıqları.

Vakansiya haqqında

Son tarix

yanvar 25, 2025

Paylaşılıb

dekabr 16, 2024

Vakansiya növü

Tam ştat

Təcrübə

3-4 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Magistr

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik