
Bu gün
316
SmartDM | Proqramlaşdırma və süni intellekt üzrə staj proqramı
SmartDM startapı proqramlaşdırma və süni intellekt sahəsində inkişaf etməyi hədəfləyən, öyrənməyə həvəsli və təşəbbüskar gəncləri 3 aylıq staj proqramına dəvət edir.
Proqram ərzində SmartDM-in real layihələrinə qoşulacaq, mobil tətbiqlərin və AI həllərinin hazırlanmasında iştirak edəcəksən. İdeyanın təhlilindən funksiyanın hazırlanmasına və yoxlanılmasına qədər məhsulun inkişaf prosesində praktiki təcrübə qazanacaqsan.
Beynəlxalq səviyyəli mütəxəssislərdən öyrənmək, onların təcrübəsindən faydalanmaq və texniki problemlərə yanaşmalarını real iş üzərində görmək imkanın olacaq.
Kimləri axtarırıq?
Sənə nə təklif edirik?
Proqramın şərtləri
Mövcud biliklərinlə yanaşı, öyrənmək həvəsinə, inkişaf potensialına və başladığın işi nəticəyə çatdırmaq əzminə önəm veririk.
Müraciət üçün CV-ni, varsa GitHub profilini və ya layihə linklərini göndər. Qısa təqdimatında indiyədək nə hazırladığını və hansı istiqamətdə inkişaf etmək istədiyini qeyd et.
Son tarix
December 6, 2026
Paylaşılıb
noyabr 6, 2026
Vakansiya növü
Təcrübə