StartPM Advisory
Ana səhifə
/
/
/
Təcrübəçi — SmartDM Startup Təcrübə Proqramı

Təcrübəçi — SmartDM Startup Təcrübə Proqramı

Bu gün

20

Hibrid

Təsvir

Maraqlı və sürətlə inkişaf edən SmartDM startup layihəsi üçün gənc və həvəsli təcrübəçilər axtarırıq! 🚀

Əgər startup mühitini yaxından görmək, real biznes proseslərində iştirak etmək, yeni texnologiyalarla işləmək və karyerana praktiki təcrübə ilə başlamaq istəyirsənsə, SmartDM Təcrübə Proqramı sənin üçün yaxşı fürsətdir.

Biz hazır mütəxəssis axtarmırıq. Öyrənmək istəyən, enerjili, təşəbbüskar və özünü inkişaf etdirməyə hazır gənclər axtarırıq.

Təcrübə müddətində SmartDM komandasının real iş proseslərində iştirak edəcək, praktiki tapşırıqlar üzərində işləyəcək və startup-ın inkişafını içəridən görmək imkanı əldə edəcəksən.

Maraq və bacarıqlarından asılı olaraq Satış və Biznesin İnkişafı, Marketinq, Biznes Analitika, Müştəri Dəstəyi və Layihələrin Koordinasiyası istiqamətlərindən birində özünü sınamaq və inkişaf etmək imkanı olacaq.

Proqramda özünü yaxşı göstərən iştirakçılar üçün gələcəkdə SmartDM komandasında iş və karyera imkanı yarana bilər.

Təcrübən yoxdursa, problem deyil. Biz təcrübədən əvvəl potensiala və öyrənmək istəyinə baxırıq.

Tələblər

  • Ali təhsil alan, yeni məzun olmuş və ya karyerasının başlanğıcında olan namizədlər;
  • İş təcrübəsi tələb olunmur;
  • Öyrənməyə və yeni biliklər əldə etməyə yüksək həvəs;
  • Məsuliyyətli və nəticəyönümlü yanaşma;
  • Təşəbbüskarlıq və yeni ideyalar irəli sürmək bacarığı;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
  • Texnologiya, rəqəmsal məhsullar və startup mühitinə maraq;
  • Azərbaycan dilində sərbəst ünsiyyət;
  • MS Office proqramlarından baza səviyyədə istifadə bacarığı;
  • İngilis və/və ya rus dili biliyi üstünlükdür.

Vakansiya haqqında

Son tarix

October 28, 2026

Paylaşılıb

sentyabr 28, 2026

Vakansiya növü

Təcrübə

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə