Tabaterra MMC
Ana səhifə
/
/
/
Elektrik mühəndisi (Zaqatala)

Elektrik mühəndisi (Zaqatala)

  • Tabaterra MMC
  • HJQG+HRP, Unnamed Road, Zaqatala, Azerbaijan
  • Tam ştat

Bu gün

20

Təsvir

  • 1000 V-a qədər gərginlikli elektrik avadanlıqlarının, paylayıcı lövhələrin, kabel xətlərinin və idarəetmə sistemlərinin gündəlik texniki istismarını və baxışını təşkil etmək.
  • Elektrik şəbəkəsində yaranan texniki nasazlıqları, qısaqapanmaları və yüklənmələri operativ şəkildə müəyyən edib aradan qaldırmaq.
  • Elektrik avadanlıqları üçün hazırlanmış Planlı-Xəbərdaredici Təmir (PXT) qrafikinə uyğun olaraq profilaktik baxış, xidmət və təmir işlərini icra etmək.
  • Mühərrik işəsalma dövrələrinin (ulduz-üçbucaq, yumşaq işəsalma / soft-starter), tezlik çeviricilərinin (VFD) və avtomatlaşdırma panellərinin sazlanması və saz vəziyyətdə saxlanılmasını təmin etmək.
  • Elektrik işlərinin naryad-icazə və təhlükəsizlik təlimatlarına uyğun aparılmasına nəzarət etmək.
  • Elektrik enerjisinin səmərəli istifadəsinə, fazalararası yük balansına və ehtiyat güclərin düzgün paylanmasına nəzarət etmək.
  • Tabeliyində olan elektrik montyorlarının və xidmət heyətinin işini əlaqələndirmək, tapşırıqların icrasına texniki nəzarət etmək.
  • Elektrik xətlərinin və avadanlıqlarının təmir jurnallarını, texniki baxış aktlarını və avadanlıq pasportlarını müntəzəm olaraq işləmək.
  • Təmir və baxış üçün tələb olunan elektrik materiallarının, ehtiyat hissələrinin (avtomat şalterlər, kontaktorlar, relelər, kabellər) sifariş siyahısını hazırlamaq.
  • Əməyin mühafizəsi, elektrik təhlükəsizliyi və yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etmək və tabelikdəki heyətin bu qaydalara riayət etməsini təmin etmək.


Tələblər

  • Ali təhsil (Elektrik Mühəndisliyi, Elektrotexnika və ya Energetika üzrə);
  • İstehsalat/elektrik sahəsində ən azı 5 il iş təcrübəsi;
  • 1000 V-a qədər (və ya IV) Elektrik Təhlükəsizliyi İcazə Qrupu; Əməyin Mühafizəsi sertifikatı;
  • 1000 V-a qədər elektrik qurğuları, PXT sistemi, paylayıcı lövhələr, mühərrik idarəetmə sxemləri (VFD/Soft-starter), Elektrik Qurğularının Quraşdırılması Qaydaları (EQQQ);
  • Azərbaycan dili (sərbəst), Rus və ya İngilis dili (texniki);
  • MS Office, AutoCAD (birxətli sxemlər üçün).

Vakansiya haqqında

Son tarix

September 14, 2026

Paylaşılıb

avqust 14, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı